Ukrayna kəşfiyyatının məlumatlarına görə, Rusiya qoşunları Ukraynanın şərqində yenidən qruplaşır və bundan sonra onlar Xarkova doğru hərəkət etməyi planlaşdırırlar.
Bunu CNN telekanalına müsahibəsində Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib.
O, Rusiya hərbçilərinin Xarkov vilayətinin İzyum rayonunda da yenidən qruplaşdığını bildirir.
"Onlar əvvəlcə Xarkova hücum etməyi planlaşdırırlar. Onlar Mariupolu bitirməyə çalışacaqlar və yalnız bundan sonra Kiyevə hücum etməyə cəhd edə bilərlər", - general bildirib.
Rusiya aprelin 24-də Ukraynaya hücum edib.