Ukrayna ordusunun Xarkov istiqamətində üç şəhəri azad etdiyi barədə məlumatlar yayılmaqdadır.
Bunu xüsusilə Telegram kanalında "DXR" informasiya nazirinin birinci müavini adlandırılan Daniel Bezsonov yazıb, o Rusiya ordusunun Xarkov istiqamətində İzyum şəhəri daxil bir neçə yaşayış məntəqəsindən çıxdığını yazıb.
"Onlar Xarkov istiqamətində bəzi digər yaşayış məntəqələrindən olduğu kimi İzyumu da tərk ediblər. Təbii ki, bu, pisdir. Təbii ki, bu, ali komandanlığın səhvlərinin nəticəsidir. Amma burada gizli mənalar axtarmağa ehtiyac yoxdur. Söhbət nə razılaşmalardan, nə də xəyanətdən gedir. Biz sadəcə bacardığımız qədər mübarizə aparırıq ", - Bezsonov yazıb.
Məlumatı müharibə müxbirləri Aleksandr Kots və Yevgeni Poddubnı da təsdiqləyib. Poddubny komandanlığın bu şəraitdə geri çəkilmək qərarını düzgün adlandırıb, o bildirib ki, bu olmasa idi Rusiya ordusu İzyumda mühasirəyə düşməsi "fəlakət olar" olar.
Kots öz növbəsində rus qoşunlarının təkcə İzyumdan deyil, Kupyansk və Balakleyadan da getdiyini yazıb. Poddubnı həmçinin Kupyanskdan qoşunların qismən çıxarılması barədə məlumat verib. Ukrayna Silahlı Qüvvələrinin 25-ci Əlahiddə Siçeslav Hava Desant Briqadasının əsgərləri İzyum şəhərinin kənarında lentə alındıqları videonu sosial şəbəkələrdə yayıblar.
Şənbə günü səhər saatlarında Ukrayna ordusunun İzyum və Kupyansk şəhərlərini işğaldan azad etməsilə bağlı çoxsaylı məlumatlar yayılıb. Bu barədə həm rusiyayönlü teleqram kanalları, həm də Ukrayna mənbələri yazıb. Ukrayna Silahlı Qüvvələrinin Kupyanskıni azad etməsini Xarkov vilayəti administrasiyası rəhbərinin müşaviri Natalya Popova təsdiqləyib. O, mesajı Xarkov vilayətində üçüncü ən böyük və Ukraynanın şərqindəki mühüm nəqliyyat qovşağı olan bu şəhərin mərkəzində ukraynalı hərbçilərin fotoşəkili ilə müşayiət edib.
Şənbə günü axşam saatlarında Kupyanskın şimalında, Rusiya sərhədi yaxınlığındakı Volçansk şəhərindən rus qoşunlarının çıxarılması barədə xəbərlər yayılıb.
Rusiya Müdafiə Nazirliyinin sentyabrın 10-da yaydığı məlumatda Xarkov vilayətində, Balakliya və Çuqev bölgələrində Ukrayna ordusunun mövqelərinə zərbələr endirildiyi bildirirdi.
Amma Ukrayna ordusunun Xarkov vilayətində cəbhənin yarılmasından və onlarla yaşayış məntəqəsini azad etməsindən sonra ilk dəfə olaraq Rusiya qoşunlarının geri çəkilməsini dolayı yolla ilk dəfə təsdiqləyib.
Buna da bax: Ramzan Kadırova bağlı 1300-ə qədər döyüşçünün Xersona göndərildiyi bildirilirRusiya fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb. Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır.
Rəsmi Moskva isə qonşu Ukraynaya qarşı apardığı müharibəni "xüsusi hərbi əməliyyat" adlandırır. Bundan başqa "müharibə" sözündən istifadə edənlər, "müharibəyə yox" deyənlər, o cümlədən Rusiya müdafiə nazirliyinin rəsmi məlumatlarından fərqli xəbərlər verən fərdlər və KİV-lər cəzalandırılır.