Rusiya və Ukrayna nümayəndələri ötən həftə Tolyatti-Odessa ammonyak boru kəmərinin işinin bərpa olunmasını müzakirə etmək üçün Birləşmiş Ərəb Əmirliklərində görüşüblər.
Reuters agentliyi anonim mənbələrə istinadla xəbər verir ki, ammonyak kəmərinin bərpasının müqabilində Rusiyadan ukraynalı əsirlərin azad olunması tələb edilir.
Buna da bax: Etirazçılara divan tutan İran rəsmilərinə sanksiyalar açıqlanıbTolyatti-Odessa ammonyak boru kəməri “Tolyattiazot” zavodundan Ukraynanın Odessa vilayətindəki “Yujnı” Qara dəniz portuna ildə 2.5 milyon maye qaz nəql edir.
Ammonyakdan daha sonra gübrə istehsalında istifadə olunur. İndiki qiymətlərlə bu gübrə ildə 2, 4 milyard dollar gəlir gətirir.
The Financial Times qəzeti yazır ki, bu boru kəmərinin işinin bərpa edilməsini Rusiyadan başqa BMT də istəyir.
Buna da bax: Bayramov: 'Dəhlizdən təyinatı üzrə istifadə olunmur'Reuters agentliyinin yazdığına görə noyabrda keçirilən danışıqlarda vasitəçi qismində BMT yox, BƏƏ çıxış edir.
Ukrayna tərəfinin tələbini bundan əvvəl prezident Volodimir Zelenski səsləndirmişdi.
O bildirmişdi ki, Kiyev sözü gedən boru kəməri ilə nəqlin bərpa olunması müqabilində ukraynalı əsirlərin azad olunmasını istəyir.
Sizin brauzer HTML5-i dəstəkləmir
Kəmərin açılmasını Putin xahiş edib?
Nə Rusiya, nə Ukrayna onlarda olan hərbi əsirlərin sayı barədə məlumat verməyiblər.
Oktyabrın 29-da Zelenski demişdi ki, Moskva indiyədək 1031 əsiri qaytarıb.
Bu da bildirilir ki, Rusiya tərəfində əsirlərin sayı daha çoxdur.
Noyabrın 23-də Rusiya prezidenti Vladimir Putin ammonyak boru kəmərinin sahibi olan “Uralxim” şirkətinin təsisçisi Dmitri Mazepinlə görüşüb.
Xəbər verilir ki, Mazepin Putindən ammonyak boru kəmərinin açılmasını xahiş edib.
Rusiya tərəfi israr edir ki, bu boru kəmərinin işinin bərpa edilməsi bundan əvvəl əldə edilmiş taxıl razılaşmasının bir hissəsidir.
Sizin brauzer HTML5-i dəstəkləmir
Ukraynanın tələbi təkcə əsirlər deyil
Ukraynanın Türkiyədəki səfiri Vasil Bodnar Reuters agentliyinə deyib ki, razılaşmaya görə Rusiya ammonyak nəqlinin bərpasının müqabilində ukraynalı əsirləri azad etməlidir.
Bu da xəbər verilir ki, Zelenski ammonyak nəqlinin bərpası əvəzində əsirlərin azad edilməsindən başqa, həm də Nikolayev dəniz portunun blokadadan çıxarılmasını tələb edir.
Buna da bax: ABŞ rəsmiləri Rusiyanın kimyəvi silaha əl ata biləcəyindən narahatdırReuters bildirir ki, tərəflər bu danışıqlar barədə məlumatları təkzib etməsələr də, təfərrüatları açıqlamayıblar.
Bundan əvvəl Rusiya və Ukrayna arasında əsir mübadiləsi danışıqlarının vasitəçiliyini Səudiyyə Ərəbistanı etmişdi.
Bu da qeyd olunur ki, BƏƏ prezidenti Məhəmməd bin Zayed əl-Nəhyan ötən ay Moskvada Putinlə görüşərkən ammonyak məsələsində vasitəçilyini təklif etmişdi.