ABŞ və Aİ rəsmiləri Ukraynayla Rusiya ilə aparılacaq mümkün sülh danışqlarını müzakirə etdiyi bildirilir.
Bu barədə ABŞ-ın NBC televiziyası məlumat yayıb.
NBC televiziyası iki yüksək vəzifəli ABŞ məmuruna istinadən yazır ki, danışıqların əsas mövzusu münaqişənin btiməsinin Ukraynaya nə gətirəcəyi barədə olub.
Rəsmilərin sözlərinə görə, tərəflər arasında aparılan danışıqlarda Ukraynanın razılığa gəlməsi üçün nələrdən imtina edə biləcəyi də geniş şəkildə müzakirə edilib.
Həmin mənbə qeyd edir ki, NATO öz növbəsində Rusiyanın yeni ərazi işğallarına qarşı Ukraynaya bəzi təhlükəsizlik təminatları verməyə də hazırdır.
NBC xəbər verir ki, rəsmilərin "incə" adlandırdığı danışıqlar ötən ay NATO üzvlərinin daxil olduğu Ukraynanı dəstəkləyən 50 ölkənin görüşü əsnasında baş tutub.
Buna da bax: Ukraynanın əks-hücumu çoxlarının umduğu kimi elə də yaxşı getmir. Proqnoz da üz güldürmürMüharibə dalana dirənib?
Rusiya danışıqlara hazırdır?
Onların fikrincə, Qərb rəsmiləri Putinin “Qərbi oturtmağa” və ya Qərb ölkələrinin Ukraynaya hərbi yardımı dayandırmağa qərar verənə qədər ya da bu yardımın çox bahalaşana qədər müharibəni davam etdirməyə ümid edir.
ABŞ rəsmiləri inkar edir
ABŞ rəsmiləri açıq şəkildə Ukraynanı danışıqlara sövq etdiyini və ümumiyyətlə Ukrayna ilə belə müzakirələrin aparıldığını inkar edirlər.
ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Adrienne Watson bir müddət əvvəl verdiyi açıqlamasında "Danışıqlarla bağlı istənilən qərar Ukraynada qalır. Biz öz azadlığını və müstəqilliyini Rusiyanın təcavüzündən qoruyan Ukraynaya dəstəyi davam etdirməyə fokuslanmışq" sözlərini deyib.