Rusiya Ukraynaya çoxsaylı raket zərbələri endirib

Krivoy Roq. 8 yanvar 2023

Rusiyanın yanvarın 8-də Ukrayna vilayətlərinə kütləvi raket zərbələrindən azı üç nəfər həlak olub, 30-dan çox yaralı var.

Ukrayna ordusu havadan müdafiə qüvvələrinin 18 raket, səkkiz İran istehsalı dron vurduğunu deyir.

+++

Yanvarın 8-də Rusiya Ukraynanın regionlarına kütləvi raket zərbələri endirib, bir neçə nəfər xəsarət alıb, mülki infrastruktura, iqtisadi obyektlərə ziyan dəyib, - rəsmilər və ordu belə məlumat yayıb. Paytaxt Kiyevdə və digər yerlərdə hava həyəcanı verilib.

Ukraynanın monitorinq kanallarının məlumatına görə, 12-yə yaxın Rusiya strateji bombardmançısı hipersonik "Kinjal" daxil olmaqla qanadlı raketlər buraxıb.

Xarkov, Dnepr, Krivoy Roq, Xmelnitski və Zaporojye vilayətlərində saysız partlayışlar eşidilib.

"Səhər şəhərdə partlayışla başlayır", - Xarkovun meri İqor Terexov Telegram-da yazıb və vətəndaşları sığınacaqlara getməyə çağırıb.

Zaporojye və Xarkov vilayətlərinə zərbələrdən yaralılar var.

Rusiyanın Ukrayna ilə həmsərhəd Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov isə deyib ki, Ukraynanın sərhəd boyunca zərbələrindən sonra Belqoroddan 300 sakin könüllü çıxarılıb.

Dekabrın 30-da Belqorod şəhərinə zərbələr 25 nəfərin həyatına son qoyub. Ukraynanın bu hücumu bir gün öncə onlarla ukraynalının həlak olduğu Rusiya kütləvi raket zərbəsinə cavab idi.