Noyabrın 3-də Moskvada AzərbaycanTəhlükəsizlik Şurasının katibi Ramil Usubov rusiyalı həmkarı Nikolay Patruşevlə görüşüb.
Rusiya Federasiyası Təhlükəsizlik Şurasından bildirilib ki, görüş Müstəqil Dövlətlər Birliyi ölkələrinin Təhlükəsizlik Şuraları katiblərinin illik toplantısı çərçivəsində keçirilib.
Buna da bax: Azərbaycan və Ermənistan komissiyaları işi sürətləndirmək barədə razılaşıblarMəlumata görə, Patruşevlə Usubov “regionda təhlükəsizlik məsələlərini, o cümlədən informasiya təhlükəsizliyi və terrorizmlə mübarizə sahəsində Rusiya-Azərbaycan əməkdaşlığının gələcək tədbirlərini” müzakirə ediblər:
“Bundan əlavə, həmsöhbətlər hər iki ölkənin təhlükəsizlik şuraları arasında 2023-2024-cü illər üçün əməkdaşlıq planını imzalayıblar və bu planın həyata keçirilməsinin Rusiya ilə Azərbaycan arasında müttəfiqlik əlaqələrinin möhkəmlənməsinə xidmət edəcəyini vurğulayıblar”.
Sizin brauzer HTML5-i dəstəkləmir
MDB Təhlükəsizlik Şuraları rəhbərlərinin iclasına gəlincə, açıqlamaya görə, orada beynəlxalq təhlükəsizliyə, MDB üzvlərinin təhlükəsizliyinə çağırışlar və təhdidlər nəzərdən keçirilib.
Habelə, bildirildiyinə görə, bundan başqa, “MDB məkanında faşizmin tərənnümü və tarixin saxtalaşdırılmasına qarşı mübarizə tədbirləri də müzakirə edilib”.
MDB 1991-ci ildə SSRİ-nin süqutu ilə yaradılıb. Quruma Baltik ölkələri və Gürcüstandan başqa keçmış SSRİ respublikaları daxildir.
Buna da bax: Xersonda administrasiya binasından Rusiya bayrağı götürülübXatırlatma
Bu il fevralın 22-də Moskvada Azərbaycan prezidenti İlham Əliyev və Rusiya Federasiyasının prezidenti Vladimir Putin “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalayıb.
Sənəddə iki ölkə arasında hərbi, siyasi, iqtisadi və başqa sahələrdə əməkdaşlıqdan bəhs edilir.