"Vaqner" PMC-nin təsisçisi, Putinin aşpazı kimi tanınan Yevgeni Priqojin yenidən məlumat yayaraq Baxmutda qalıb döyüşəcəklərini bildirib.
O bunu silah çatışmazlığı ilə bağlı etdiyi müraciətə müsbət cavab verilməsi ilə əsaslandırıb.
Priqojin deyib ki, bazar günü gecə Baxmutda hücumu davam etdirmək üçün kifayət qədər sursat və silah vəd edən “döyüş əmri” alıb.
Mayın 7-də onun teleqram kanalında yayılan bəyanatında həmçinin deyilir ki, birləşmiş qüvvələr qrupunun komandirinin müavini general Sergey Surovikin "Vaqner" ilə Rusiya Müdafiə Nazirliyi arasında vasitəçi kimi fəaliyyət göstərəcək.
"Vaqner" muzldlularının rəhbəri günlərdir mayın 10-dək Baxmutu tərk edəcəklərini bildirir.
Sizin brauzer HTML5-i dəstəkləmir
O bunu silah çatışmazlığı və müdafiə nazirliyinin onları lazımı qədər silah-sursatla təmin etməməsilə əsaslandırır.
Baxmutda öldürülən "Vaqner " muzdlularının meyitləri fonunda çıxış edən Priqojin itkilərə görə Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovu günahlandırır.
Buna da bax: Priqojin qüvvələrini Baxmutdan çıxarmaqla hədələyirElə əmin gün axşam Ramzan Kadırov teleqramında yazıb ki, çeçen xüsusi təyinatlı “Axmat” dəstəsinin döyüşçüləri Baxmutda mövqe tutmağa hazırdır.
O bununla bağlı Vladimir Putinə müraciət etdiyini bildirib,
Çeçenistan rəhbəri yazdığı müraciətində bu məqsədlə müdafiə nazirindən və Milli Qvardiya Qoşunlarının Federal Xidmətinin direktorundan başqa istəqamətlərdə olan çeçen xüsusi təyinatlılarının geri çağırılmasını istəyir.
Rusiya qoşunları ötən ilin payızından Donetsk vilayətində Baxmuta hücum edir. Şəhər hələ tam alınmayıb. Priqojin iddia edir ki, şəhər döyüşlərində yalnız "Vagner"çilər iştirak edir.
Mayın 2-də ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Amerika kəşfiyyatına istinadən bildirib ki, Ukraynanın şərqində son beş ay ərzində genişmiqyaslı işğalın davam etdiyi döyüşlərdə Rusiya 20 min döyüşçü itirib ki, onların yarısı "Vaqner"çilərdir.
Rusiya Müdafiə Nazirliyi isə itkilərin sayı barədə məlumat vermir.
Mart ayında Priqojinin Müdafiə Nazirliyinin rəhbərliyini tənqid etməsi səbəbindən Çeçenistan rəhbəri ilə "Vaqner" rəhbəri arasında fikir ayrılığı yaranıb.
Buna da bax: Frençis Fukuyama: Krımın itirilməsini Putin çətin yaşayacaqBundan əvvəl Kadırov özü Ukraynadakı Rusiya komandanlığını tənqid edərək, Donbassda müdafiənin uğursuzluğunu tənqid edib və Rusiya ordusunun ali hərbi rəhbərliyində kadr dəyişikliyi tələb edib.
Lakin Rusiya prezidenti Vladimir Putinlə görüşdən sonra Çeçenistan rəhbəri fikrini kəskin şəkildə dəyişib. Həmin gün o, özünün Telegram kanalında Müdafiə Nazirliyi və onun rəhbəri Sergey Şoyqu, eləcə də Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahını tərifləyərək, rus ordusunun hərbi əməliyyatların “müdrik taktikasına” sadiq qaldığını bildirib.
Lakin bir neçə həftə əvvəl Kadırov Priqojinlə növbəti görüşünü elan edib və mesajında onu “qardaş” adlandırıb.
Rusiya 2022-ci ilin fevralında Ukraynaya hücüm edib və müharibə hələ də davam edir.