►Bunlar AXCP üzvləri və onların qohumlarıdır
Amnesty İnternational təşkilatı daha bir neçə azərbaycanlı məhbusun adını vicdan məhbusları siyahısına daxil edib.
Bu haqda təşkilatın saytında açıqlanan hesabatda bildirilir. Hesabat “Azərbaycanda davam edən repressiyalar” adlanır.
Hesabata görə, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı, AXCP Rəyasət Heyətinin üzvü, jurnalist Seymur Həzi, AXCP fəalları Murad Ədilov, Elvin Abdullayev və “Azadlıq” qəzetinin redaktoru Qənimət Zahidin qohumları Rüfət Zahidovla Rövşən Zahidov da vicdan məhbusu elan ediliblər.
Hesabatda həmçinin, son zamanlar bəzi məhbusların azad olunduğu, lakin onların yerinin yeni siyasi məhbuslarla doldurulduğu vurğulanır.
Təşkilat hesab edir ki, Azərbaycan hakimiyyəti siyasi məhbus problemini dövr etdirməklə məşğuldur.
Amnesty İnternational bundan əvvəl gənc fəallar Bayram Məmmədov və Qiyas İbrahimovu vicdan məhbusu elan etmişdi.
Həbsdə olan AXCP fəallarının indiyə kimi vicdan məhbusu kimi tanınmaması bu partiyada tənqidlə qarşılanırdı.
Hüquq müdafiəçiləri ölkədə 80-dən yuxarı siyasi məhbusun olduğunu bildirirlər. Ancaq onların heç də hamısı “vicdan məhbusu” kimi tanınmayıb.
____________________________________________________________
Bunlara da bax:
“Ya torpaqlarımıza qayıdaq, ya da imkan versinlər, tualet tikək”
''Heydəristan'ı fransızca yazacam'
____________________________________________________________
DINLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda (16 iyun)
“Azadlığa buraxılanların bəziləri yenidən həbs olunmaq riskilə üz-üzədir.”
Sizin brauzer HTML5-i dəstəkləmir
BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında (16 iyun)
“Formula-1”ə 300 milyon xərclənib?
Sizin brauzer HTML5-i dəstəkləmir