Son 40 il ərzində Vladimir Sorokinin yaradıcılığı Rusiyada mövcud siyasi və sosial tabuların, demək olar, hamısına toxunub.
"Mavi piy" romanında Stalin və Xruşşovun klonları arasında qrafik seks səhnələri təsvir olunduğu üçün yazıçıya pornoqrafiya satmaq maddəsi üzrə cinayət işi açılmışdı. Kremli dəstəkləyən fəallar onu kannibalizmin təbliğində ittiham edir və onun "Nastya" novellasının yasaqlanmasına çalışırdılar. Etirazçılar Böyük Teatrın qarşısına nəhəng bir unitaz heykəli yerləşdirib Sorokinin kitablarını onun içinə atırdılar. Sorokin bu mənzərənin ona öz hekayələrindən birində işlətdiyi metaforu xatırlatdığını demişdi.
Buna da bax: V. Sorokin: "Kitabların gələcək taleyi yemək bişirmək üçün yandırılmaq ola bilər""Ya qorxursan, ya da yazırsan"
Ancaq hər hücumdan sonra Sorokin daha çox cəsarət və şöhrət qazanıb. "Rus yazıçısının iki seçimi var: Ya qorxursan, ya da yazırsan. Mən yazıram", – o, ötən ay verdiyi müsahibəsində deyib.
"The New York Times" yazır ki, Sorokin Rusiyanın ən yaradıcı yazarlarından biri hesab edilir. O, həm də "ölkənin avtoritarizmə yuvarlanması prosesinin xronikasını, sovet tarixinin boz səhifələrini dağıdıcı satirik təmsillərlə yazmış, XXI əsr Rusiyasındakı qorxunc repressiyanı isə futuristik hekayələrlə təsvir etmiş bir üsyankardır", – qəzet yazır.
Ancaq istedadlı postmodern yazar və dönməz üsyankar reputasiyasına rəğmən, o, Qərbdə yetərincə tanınmır. Yaxın zamanlara qədər onun işlərinin yalnız bir neçəsi ingiliscə nəşr edilmişdi. Bu, həm də onun dilinin tərcümə üçün çox mürəkkəb olması ilə bağlıdır. Qalmaqal dolu 40 illik karyeradan sonra indi naşirlər onun səkkiz yeni kitabını ingiliscə buraxmaq istəyirlər.
Buna da bax: Məşhur rus yazıçısı Kremlin Ukrayna siyasətini belə ələ saldı"Öz anasını öldürmək"
Bu diqqətin səbəbi isə Sorokinin Rusiyanı çürüməkdə, eyni zamanda militarist, zorakı və repressiv rejim tərəfindən geriyə yuvarlanmaqda olan keçmiş imperiya kimi təsvir etməsində və bu təsvirlərin faciəvi şəkildə reallaşmasındadır. Rusiyanın Ukraynaya amansız hücumunu davam etdirdiyi zamanda Sorokin baş verənləri təkcə hərbi münaqişə yox, həm də propaqanda və yalanla aparılan semantik müharibə kimi görür. Bu isə həqiqətə hücumdur. Yazıçılarsa həqiqətə edilən hücuma müqavimət göstərməlidirlər.
"Mövcud vəziyyəti nəzərə alsaq, yazarların rolu dəyişəcək. Yeni senzura erası başlasa, yazarların sözləri daha güclü olacaq", – 66-yaşlı Sorokin deyir.
Almaniyadan danışan Sorokin bir qədər çaşqın görünsə də, mühacirətinin uzun sürəcəyinə təəccüblənməyib. O, həyat yoldaşı İrina ilə birlikdə Rusiyanı Putinin Ukraynaya hücumundan üç gün öncə tərk edərək Berlinə gedib. Vaxt seçimi təsadüfi olsa da, Sorokin Putin hakimiyyətdə qaldığı müddətdə Rusiyaya qayıtmaq istəmir. O bu hücumu açıq şəkildə qınayıb və Putini "azğınlaşmış monstr" adlandırıb. Putinin müharibəyə qarşı olan ruslara "xain" və "tullantı" dediyini nəzərə alsaq, Sorokin özünü bir qədər çətin vəziyyətdə qoyub.
Ukraynada törədilən vəhşilikləri görən Sorokin Rusiyanın istilasını "öz anasını öldürmək" ilə müqayisə edir.
Buna da bax: "İvan Qroznı Rusiyanı paza oturtdu, ölkə hələ də həmin pazın üstündədir"Zorakılığın içində isladılmış və marinə edilmiş
"Niyə bəşəriyyət zorakılıq olmadan yaşaya bilmir? Mən zorakılığın hər kəsin nəfəs aldığı hava olduğu ölkədə böyümüşəm. Buna görə də insanlar məndən kitablarımda niyə bu qədər çox zorakılıq olduğunu soruşanda onlara deyirəm ki, mən uşaq bağçasından bəri zorakılığın içində isladılmış və marinə edilmişəm", – o deyir.
Sorokin klassik dissident yazar anlayışına da uyğun gəlmir. Onu Rus Pravoslav Kilsəsinin dəyərlərini pozmaqda suçlasalar da, o, dindar xristiandır. O, qorxunc hərəkətləri təsvir edərkən çox gözəl nəsr dilindən yararlanır. Onu Turgenev, Qoqol və Nabokovun varisi hesab edirlər, ancaq bəzən o, ədəbiyyatın dəyərini sorğulayır, romanları "sadəcə üzərində tipoqrafik işarələr olan kağız" adlandırır.
Mimikriya ustası olan Sorokin asanlıqla bir janrdan başqasına keçə bilir. Onun janrları postmodern siyasi satiradan ("Növbə") ezoterik elmi fantastika ("Buz trilogiyası") və dəyişdirilmiş tarix və futuristik kiberpank fantaziyalarına ("Telluriya") qədər dəyişir.