Birləşmiş Ştatlarda “X” gender işarəli ilk pasport verilib. Bu, özünü nə kişi, nə qadın hesab edənlərin hüquqlarının tanınması istiqamətində böyük uğur hesab edilir.
Dövlət Departamenti məlumatı oktyabrın 27-də yayıb, amma pasportun kimə verildiyini açıqlamayıb. Departament bildirib ki, “gərəkən sistem və anket formalarına yeniləmələr 2022-ci ilin əvvəlinə hazır olan kimi bu seçim bütün pasport ərizəçilərinə təqdim olunacaq”.
Buna da bax: Polşa etirazlarında baş nazirin bacısı oğlu da saxlanıbABŞ-ın LGBT hüquqları üzrə xüsusi diplomatik elçisi Cesika Stern sözügedən addımı “tarixi” adlandırıb, hökumət sənədlərini “həyati reallığa” yaxınlaşdırdığını vurğulayıb. Diplomat insan cinsi xüsusiyyətlərinin öncəki iki təsnifatdan daha geniş olduğunu sözlərinə əlavə edib.
Bundan sonra Dövlət Departamenti ərizəçilərə cinsini kişi, yaxud qadın kimi göstərmək seçimi tanıyacaq, ərizəçi digər identifikasiya sənədlərindən fərqli gender seçərsə buna görə tibbi sənəd tələb olunmayacaq.
İndiyədək azı 10 ölkə vətəndaşlarına pasportlarında kişi, ya qadından fərqli seçim etmək hüququ verib. Argentina, Avstraliya, Kanada, Almaniya və Hindistan bu sıradadır. Məlumatı Bərabərlik və İnklüzivlik uğrunda İşəgötürənlər Şəbəkəsi yayıb.