Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Xaçmaz rayon şöbəsinin rəisi Rahim Ağayev həbs edilib.
Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, o 5 min manat rüşvət almaqda şübhəli sayılır.
Rahim Ağayevə Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Amma ittihama Rahim Ağayevdən və onun vəkillərindən münasibət öyrənmək mümkün olmayıb.