Xaricdə yaşayan azərbaycanlıların ölkəyə gəlmələrinə şərait yaradılması üçün sosial turizm layihələri həyata keçiriləcək.
Trend-in məlumatına görə, bu, yeni hazırlanan “Turizm haqqında” qanun layihəsində nəzərdə tutulub.
Buna da bax: Xınalıq, Qrız və Laza kəndləri Fərhan Hüseynlinin obyektivindən
Sosial turizm üzrə xərclər dövlət büdcəsi, eləcə də yerli, bələdiyyə büdcələri hesabına həyata keçiriləcək. Eyni zamanda fərdi sahibkar, hüquqi şəxs və ya digər təşkilatlar könüllülük əsasında öz işçiləri və ya digər şəxslərin xeyrinə sosial turları maliyyələşdirə bilər.
Dövlət qulluqçularının xeyrinə sosial turizmin maliyyələşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edəcək.