Xaricdən göndərilən pulun yarısı Rusiyadan gəlir
Mərkəzi Bank xarici ölkələrdən Azərbaycana və Azərbaycandan digər ölkələrə göndərilən pul baratlarını araşdıraraq göstəriciləri açıqlayıb. Rəsmi rəqəmlərdən aydın olur ki, bu ilin ilk üç rübü ərzində xarici ölkələrdən Azərbaycana 772 milyon dollar pul göndərilib. Ötən ilin eyni dövründə həmin göstərici 682 milyon dollar olub. Deməli, ötən illə müqayisədə Azərbaycandakı insanlara göndərilən pulun həcmi 90 milyon dollar və ya 13 faizdən çox artıb. Bu baxımdan. Rusiyayla bağlı daha bir məqam diqqət çəkir. Belə ki, 2021-ci ildə xarici ölkələrdən Azərbaycana göndərilən vəsaitin 53 faizi tək Rusiyanın payına düşür. Rusiyadan Azərbaycana hər ay rəsmi kanallarla ortalama 45 milyon dollardan çox pul göndərilir.
Buna da bax: Qeyri-neft sektorunda kəsir artır...Azərbaycana göndərilən pulun həcminə görə ikinci və üçüncü yerləri Türkiyə və ABŞ tutur. Türkiyə ötən ilə nəzərən bu il ən çox artım qeydə alınan ölkələrdən biridir. Əgər 2020-ci ilin 9 ayı ərzində Türkiyədən Azərbaycana 56 milyon dollara yaxın pul göndərilmişdisə, bu il həmin göstərici 80 milyon dollar civarındadır. Bu, bir il içində digər ölkələrlə müqayisədə yüksək artım tempidir və 50 faizə yaxın artım deməkdir.
Cədvəl: 2021-ci ilin ilk 9 ayında Azərbaycana ən çox pul göndərən ölkələr
|
Ölkə |
Məbləğ (dollarla) |
Toplam göndərişlərdə payı |
1 |
Rusiya Federasiyası |
409 milyon 353 min |
53 faiz |
2 |
Türkiyə |
79 milyon 510 min |
10.3 faiz |
3 |
Amerika Birləşmiş Ştatları |
46 milyon 932 min |
6.1 faiz |
4 |
Birləşmiş Krallıq |
25 milyon 670 min |
3.3 faiz |
5 |
Qazaxıstan |
23 milyon 413 min |
3 faiz |
6 |
Ukrayna |
20 milyon 517 min |
2.7 faiz |
7 |
Birləşmiş Ərəb Əmirlikləri |
20 milyon 43 min |
2.6 faiz |
8 |
Almaniya |
17 milyon 289 min |
2.2 faiz |
9 |
Gürcüstan |
15 milyon 638 min |
2 faiz |
10 |
Səudiyyə Ərəbistanı |
8 milyon 783 min |
1.1 faiz |
Azərbaycandan göndərilən pulun yarıya qədəri Türkiyə və Rusiyaya gedir
Azərbaycana göndərilən pullarda olduğu kimi, Azərbaycandan digər ölkələrə göndərilən pulların məbləğinə görə də ilk iki yeri Rusiya və Türkiyə tutur. Amma Azərbaycandan kənara göndərişlərin həcminə görə birinci Rusiya yox, Türkiyədir. Bu il ərzində Azərbaycandan xarici ölkələrə toplam 402 milyon dollar göndərilib. Bu, ötən illə müqayisədə cəmi 20 milyon manat artım deməkdir. Həmin 402 milyon dolların 193 milyon dolları Türkiyə və Rusiyanın payına düşür.
Bu ilin ilk üç rübü ərzində pulköçürmə sistemləri ilə Azərbaycandan xaricə göndərilən pulların 26.8 faizi Türkiyəyə gedib. Növbəti yerləri Rusiya (21.2 faiz) və Gürcüstan (15.2 faiz) tutur.
Cədvəl: 2021-ci ilin ilk 9 ayı ərzində Azərbaycandan ən çox pul göndərilən ölkələr
|
Ölkə |
Məbləğ (dollarla) |
Ümumi göndərişlərdə payı |
1 |
Türkiyə |
107 milyon 624 min |
26.8 faiz |
2 |
Rusiya Federasiyası |
85 milyon 462 min |
21.2 faiz |
3 |
Gürcüstan |
61 milyon 57 min |
15.2 faiz |
4 |
Amerika Birləşmiş Ştatları |
30 milyon 182 min |
7.5 faiz |
5 |
Ukrayna |
18 milyon 293 min |
4.5 faiz |
6 |
Almaniya |
16 milyon 517 min |
4.1 faiz |
7 |
Birləşmiş Krallıq |
14 milyon 993 min |
3.7 faiz |
8 |
Koreya Respublikası |
6 milyon 22 min |
1.5 faiz |
9 |
Kanada |
4 milyon 722 min |
1.2 faiz |
10 |
Çin |
3 milyon 522 min |
0.9 faiz |
Tədiyə balansı ilə bağlı göstəricilərdən aydın olur ki, bu ilin ilk 9 ayı ərzində ilkin gəlirlər balansının kəsir hissəsində artım qeydə alınıb. İlkin gəlirlər balansının kəsiri 800 milyon dollardan 1 milyard 65 milyon dollara yüksəlib. Bunun əsas səbəbi xarici neft-qaz şirkətlərinin ölkədən repatriasiya etdiyi vəsaitin artmasıdır. Həmin şirkətlər ötən il ölkədən 1 milyard 473 milyon dollar çıxarmışdısa, bu il həmin göstərici 1 milyard 927 milyon dollar olub. Düzdür, Azərbaycan rezidentlərinin xaricdən əldə etdiyi faiz və mənfəətin də həcmi artıb. Əgər ötən il Azərbaycana bu biçimdə 1 milyard 163 milyon dollar daxil olmuşdusa, bu il həmin göstərici 1 milyard 315 milyon dollar olub. Azərbaycana daxil olan belə vəsaitlərin əsas hissəsi birbaşa investisiyalardan və qiymətli kağızlar portfelindən gəlirlərdir. Bu vəsaitin də əsas hissəsi SOCAR və Dövlət Neft Fondu vasitəsi ilə ölkəyə gəlib.
Buna da bax: Xaricdən mal almaq limiti azalsa da, idxal daha da çoxalıbAzərbaycana ən çox Böyük Britaniya investisiya yatırıb
Bu ilin 9 ayında Azərbaycan iqtisadiyyatına xaricdən birbaşa 3 milyard 665 milyon dollar investisiya cəlb edilib. Bu, ötən illə müqayisədə 274 milyon dollar daha çoxdur. Azərbaycana ən çox investisiya yatıran ölkə, hər zaman olduğu kimi, Böyük Britaniyadır. 2021-ci ildə Azərbaycana yatırılan xarici investisiyanın üçdə birindən də çox bölümü təkcə Böyük Britaniyanın payına düşüb (33.7 faiz). Türkiyə (14.5 faiz) və Amerika Birləşmiş Ştatları da (11.2 faiz) Azərbaycana yatırılan investisiyanın həcminə görə seçilir.
Cədvəl: 2021-ci ilin ilk üç rübü ərzində Azərbaycana ən çox investisiya yatıran ölkələr
|
Ölkə |
İnvestisiya (dollarla) |
Toplam yatırımda payı |
1 |
Birləşmiş Krallıq |
1 milyard 235 milyon |
33.7 |
2 |
Türkiyə |
530 milyon |
14.5 |
3 |
Amerika Birləşmiş Ştatları |
411 milyon |
11.2 |
4 |
Malayziya |
325 milyon |
8.9 |
5 |
Kipr |
231 milyon |
6.3 |
6 |
Yaponiya |
216 milyon |
5.9 |
7 |
İran İslam Respublikası |
209 milyon |
5.7 |
8 |
Norveç |
122 milyon |
3.3 |
9 |
Gürcüstan |
74 milyon |
2.0 |
10 |
Birləşmiş Ərəb Əmirlikləri |
48 milyon |
1.3 |
Maraqlıdır ki, Azərbaycanın da ən çox investisiya yatırdığı ölkə elə Britaniyadır. 2021-ci ilin 9 ayı ərzində Azərbaycandan xarici ölkələrə toplam 501 milyon dollar birbaşa investisiya yatırılıb. Həmin vəsaitin beşdə biri, yəni 107 milyon dolları Böyük Britaniyaya gedib. Onu da qeyd etmək lazımdır ki, 2020-ci ilin ilk 9 ayında Azərbaycandan xarici ölkələrə yatırılan investisiyaların məbləği 877 milyon dollar, yəni indiki göstəricidən 376 milyon dollar daha çox olub. Ötən illə müqayisədə bu il Azərbaycandan Türkiyəyə 25 milyon dollar, Monteneqroya 78 milyon dollar, Rusiyaya 79 milyon dollar, Amerika Birləşmiş Ştatlarına isə 111 milyon dollardan daha az investisiya yatırılıb. Əvəzində Böyük Britaniyaya yatırılan vəsait 14 milyon dollar, Gürcüstana yatırılan investisiyalarsa 30 milyon dollara yaxın artıb.
Cədvəl: 2021-ci ilin ilk üç rübü ərzində Azərbaycandan ən çox investisiya yatırılan ölkələr
|
Ölkə |
İnvestisiya (dollarla) |
Toplam yatırımda payı |
1 |
Birləşmiş Krallıq |
107 milyon |
21.3 faiz |
2 |
Türkiyə |
82 milyon |
16.4 faiz |
3 |
Gürcüstan |
57.6 milyon |
11.5 faiz |
4 |
Amerika Birləşmiş Ştatları |
57.2 milyon |
11.4 faiz |
5 |
Malta |
46 milyon |
9.1 faiz |
6 |
Monteneqro |
21 milyon |
4.1 faiz |
7 |
Rusiya Federasiyası |
12 milyon |
2.3 faiz |
8 |
Almaniya |
10 milyon |
2.1 faiz |
9 |
İsveçrə |
9 milyon |
1.9 faiz |
10 |
Niderland |
8 milyon |
1.6 faiz |