Ukrayna məhkəməsi Xerson şəhəri icra başçısının müavini Vladimir Pepelin Rusiya ilə əməkdaşlıqda şübhəli şəxs kimi həbsinə order verib.
Onu 12 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.
Bu barədə məlumatı Ukrayna Dövlət Təhqiqatları Bürosu verib.
Buna da bax: ABŞ Ukraynaya enerji sistemləri üçün 53 milyon dollar verəcəkPepel Rusiya işğalına qədər şəhər başçısının müavini idi və şəhər icra orqanlarının işinə nəzarət edirdi.
O daha sonra Rusiyanın təyin etdiyi administrasiyada şəhər kommunal təsərrüfatına başçılıq edib.
Pepel bundan başqa vilayətin Rusiyaya birləşdirilməsi üçün keçirilən referendumun təşkilatçılığında iştirak edib.
Sizin brauzer HTML5-i dəstəkləmir
Fəal iş fəaliyyəti
Büro bildirir ki, axtarış zamanı Pepelin evindən Rusiya Konstitusiyası və başqa təbliğat materialları tapılıb.
Rusiya mənbələri onun şəhər administrasiyasındakı işi və həbsi barədə heç bir məlumat vermirlər.
Bu da qeyd olunur ki, 60 yaşlı Pepel şəhər su kəmərində işləyib və 12 il müddətində orda baş mühəndis olub.
Sizin brauzer HTML5-i dəstəkləmir
O daha 6 il “Xersonteploenergo” adlı yerli istilik-enerji şirkətində işləyib və bir neçə dəfə şəhər bələdiyyəsinə deputat seçilib.
Rusiya ordusu Xersonu tammiqyaslı müharibənin lap əvvəllərində işğal etmişdi, lakin noyabr ayında şəhəri döyüşsüz təslim etdi.
Hakimiyyət nümayəndələri Rusiyanın Xersona “həmişəlik gəldiyini” bəyan edirdilər.