Ukraynanın Xerson vilayətindəki Stepanovka şəhəri ötən il martın əvvəlində Rusiya qüvvələri tərəfindən işğal olunub. O zaman kimsəsiz uşaqların qaldığı sığınacaqda onlarla uşaq vardı. Müəssisənin direktoru Volodimir Sahaydak deyib ki, heyət Ukraynanın nəzarətində olan əraziyə evakuasiyaya ümid edirmiş.
“Ancaq gün keçdikcə ümid azalırdı. Təxminən üç aydan sonra anladıq ki, bizi heç kəs bu işğaldan qurtarmayacaq, özəlliklə ona görə ki, rusiyalıları bu cür uşaqların böyük sayda çıxarılmasına icazə vermirdi”, – o danışır.
Elə həmin vaxtlarda rusiyalılar minlərlə ukraynalı uşağı Rusiyanın işğalı altında olan Krıma, yaxud Rusiyaya aparırdı. Fevralın 14-də açıqlanmış hesabatda da deyilir ki, 2022-ci il fevralın 24-də işğal başlayandan Ukraynanın yeni işğal olunmuş ərazilərinə azı 6 min ukraynalı uşaq köçürülüb. Hesabatda belə hərəkətlərin “potensial müharibə cinayətinə bərabər olduğu” vurğulanırdı.
Buna da bax: Hesabat: Rusiya minlərlə ukraynalı uşağı tərbiyə düşərgələrinə yerləşdirib53 uşaq
“İşğal altında idik. Birbaşa, maliyyəsiz, hökumət dəstəyi olmadan çətin idi. Əlbəttə, həyatımızın radikal dəyişəcəyini anlayırdıq”, – Sahaydak vurğulayıb.
Onun nəzarətində qalan, 3 yaşından 18 yaşadək 53 uşaq zirzəmidə gizlənməli olub.
İşğalın ilk günlərində dinc sakinlər şəhərdən gedib, öz ailələrini təhlükəsiz yerə aparıblar. Yetimxana işçiləri də fərqli davranmayıb və Sahaydak iki işçiylə qalıb.
Digər tərəfdən işğalçılar axşam saat 5-dən sonra komendant saatı tətbiq etdiyindən adətən axşam 8-dək işləyən işçilər günorta 2-də evlərinə getməli idilər.
Buna da bax: Putin səyahətə xüsusi zirehli qatarla çıxırGizli həyat
“Sanki gizli həyat yaşayırdıq. Uşaqlar bayıra çıxa bilmirdilər. Həyətimiz bağlı idi, küçədən görünmürdü. Uşaqlar kiçik qruplarla 15 dəqiqəliyə həyətə çıxırdılar. Onlar qışqıra, gülə, qaça bilməzdilər. Bilirdilər ki, səsləri çıxsa, bizi aşkarlaya bilərlər”, – Sahaydak söyləyib.
“Anlayırdılar ki, hamımızı Rusiyaya apara bilərlər, ona görə özlərini yaxşı aparırdılar”, – o vurğulayıb.
Tədricən Sahaydak və həmkarları uşaqları ərazidə qalan ailələrin evlərinə yerləşdirə bilirlər. Bəzi ailələr özlərinə böyük risk yaradaraq 3, hətta dörd uşağı götürüblər.
Sahaydak deyir ki, ailələrin saysız işğal nəzarət məntəqələrindən keçməsinə kömək üçün məktub və sənədləri saxtalaşdırmaqdan ötrü Photoshop proqramını öyrənib.
Buna da bax: Rusiya hakimiyyətinə, Belarus DTK-sına qarşı qətnamələrYeni uşaqlar
Yayda isə rusiyalılar yetimxanaya gəlib. Amma uşaqları aparmağa deyil, sığınacağa yenilərini gətirib.
Müdir danışır ki, rusiyalılar Novopetrovka cəbhə məntəqəsində 15 uşağın zirzəmiyə sığındığı bir internat məktəbi tapıblar və həmin uşaqları da oraya gətiriblər.
“Qorxmuşdular, elə bilirdilər onları Rusiyaya aparıblar”, – o, uşaqların hərbi yük maşınlarında gətirildiyini yada salır.
Təzə uşaqlar müəssisədə üç ay qalıblar, işğalçılar onlara mütəmadi baş çəkiblər. Sahaydak onları gizlətməyə cəsarət etməyib, çünki axtarış aparılsaydı, digər uşaqlar da aşkarlanardı.
Buna da bax: Həbsxanadan buraxılan, təzədən tutulan, sonra yenə azad edilən məhbuslarXersondan gedəndə uşaqları da aparıblar
“Rusiyalılar oktyabrın 19-da Xerson vilayətindən qaçmağa başlayanda onlar gəlib uşaqları apardılar”, – o deyir və uşaqların əvvəlcə Ukraynanın işğal altında olan Krım vilayətinə, daha sonra Rusiyanın Anapa şəhərinə aparıldığını vurğulayır.
Rusiyalılar Xerson şəhərindən və vilayətin digər şəhərlərindən, həmçinin Stepanovkadan çıxandan sonra Sahaydakın rəhbəri olduğu müəssisə qonşu Nikolayev vilayətinə köçürülüb.
Şəhərin şimal-qərb ucqarında yerləşən Stepanovka isə daimi atəş altındadır. Ukrayna Xersona nəzarəti qaytarandan bir ay sonra, dekabrın 11-də bina Rusiyanın atəşindən ziyan görüb.
“Mərkəzimizə qayıda bilmirik, çünki Xerson hər gün atəşə tutulur”, – Sahaydak deyir.