XİN Ukraynadakı ölkə vətəndaşlarına tövsiyə edir ki...

XİN

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ukraynada yaranmış vəziyyətlə əlaqədar yenidən ölkə vətəndaşlarına müraciət edib.

"Ukraynanın hava məkanı bağlı olduğundan hazırda vətəndaşlarımız həmin ölkəni hava nəqliyyatı vasitəsilə tərk edə bilmir. Bu xüsusda bildiririk ki, ciddi təhlükə ilə üzləşmiş Azərbaycan vətəndaşları Ukraynanın Moldova ilə olan Oknitsa və Palanka sərhəd-keçid məntəqələri vasitəsilə quru yolla Moldova Respublikasının ərazisinə keçə bilər", - müraciətdə bildirilir.

Vurğulanır ki, Moldova tərəfi yaranmış humanitar vəziyyətlə əlaqədar quru sərhədi keçmək istəyən Azərbaycan vətəndaşlarından COVID-19 pasportu və COVID-19-a dair PCR testinin neqativ nəticəsini tələb etməyəcək: "Vətəndaşlarımız Azərbaycan Respublikasının Moldova Respublikasındakı səfirliyi ilə +373 781 81 361, +373 789 91 849, +373 222 32 277 nömrələri ilə və chisinau@mission.mfa.gov.az elektron poçtu vasitəsilə əlaqə saxlaya bilər...".

Sizin brauzer HTML5-i dəstəkləmir

Ukraynadakı azərbaycanlılar vəziyyəti danışır

Azərbaycan XİN Ukraynadakı vətəndaşlarına müraciət edib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ukraynadakı vəziyyətlə əlaqədar bu ölkədə daimi və müvəqqəti yaşayan ölkə vətəndaşlarına müraciət edib.

Bu gün, fevralın 24-də yayılan müraciətdə onlara hərbi qüvvələrin cəmləşdiyi ərazilərə (Ukraynanın şərq bölgəsində yerləşən sərhəd vilayətlərinə) səyahət etməmək, habelə ölkə ərazisindəki hərbi obyektlərdən uzaq olmaları tövsiyə edilir.

Vurğulanır ki, ehtiyac olmadığı təqdirdə evlərində və ya güvənli yerlərdə qalsınlar, səyahətlərdən çəkinsinlər.

Eyni zamanda, həmin şəxslərə Ukrayna dövlət orqanlarının rəsmi məlumatlarını izləmələri tövsiyə edilir: "Xüsusi hallar ilə bağlı vətəndaşlarımız Azərbaycan Respublikasının Kiyev şəhərindəki səfirliyi ilə (+380 73) 5050000 telefon xətti və kiev@mission.mfa.gov.az elektron poçt ünvanı, Xarkov şəhərindəki fəxri konsulluğu ilə (+38057) 7000531 telefon xətti və info.azconsulate@gmail.com elektron poçt ünvanı ilə məlumat əldə edə bilərlər".