Azərbaycan Xocavənd (Martuni) rayonu Çartar kənd sakini olan 65 yaşlı Seyran Sarkisyanın meyitini qarşı tərəfə təhvil verib. Bu haqda AzadlıqRadiosu-nun Ermənistan xidməti məlumat yayıb.
Erməni tərəfi Sarkisyanın yolunu azaraq Azərbaycanın nəzarətində olan əraziyə keçdiyini və saxlandığını bildirib. Bu haqda Rusiya sülhməramlılarına məlumat verildiyi, onun qaytarılması üçün danışıqların aparıldığı bəyan edilib.
Buna da bax: Stokholmda Bakı ilə Yerevan arasında görüşün baş tutmaması ilə bağlı izahAzərbaycan isə həmin şəxsin döyüş növbətçiliyi aparan hərbi qulluqçuya hücum etdiyini, hərbi qulluqçunun onu özünü müdafiə etmək məqsədilə zərərsizləşdiyini bildirib.
Ermənistanın Xarici İşlər Nazirliyi “Dağlıq Qarabağın dinc sakininin” azərbaycanlı əsgərlər tərəfindən öldürülməsini pisləyən bəyanatlar çıxış edib.
***
Azərbaycan Müdafiə Nazirliyi (AMN) bildirir ki, Xocavənd rayonu ərazisində onların mövqelərindən birində döyüş növbətçiliyi aparan hərbi qulluqçu dekabrın 3-ü saat 13:00 radələrində erməni əsilli şəxsin hücuma məruz qalıb.
Buna da bax: Avroparlament rəsmisi: ‘Azərbaycan Qarabağı müzakirə etmək istəmir’Açıqlamaya görə, həmin şəxs silahı ələ keçirməyə cəhd göstərib: "Hərbi qulluqçumuz havaya atəş açdıqdan sonra özünü müdafiə etmək məqsədilə ona hücum edən təxribatçını zərərsizləşdirib. Hadisə barədə Rusiya sülhməramlı kontingentinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə məlumat verilib".
Bu məlumata, hələlik, qarşı tərəfin münasibəti bəlli deyil.
2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya arasında razılaşmaya əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin (Xocavənd rayonu keçmiş vilayətin ərazisinə düşür) çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.
Ağdam rayonu ərazisində isə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi yaradılıb.
Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Daha sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.