Fransa Azərbaycanı Yeni Kaledoniyanın daxili siyasətinə müdaxilədə ittiham edib.
"Kaledoniyanın müstəqillik tərəfdarlarından bəzi liderləri Azərbaycanla sövdələşiblər, bu, danılmazdır", - bu ölkənin daxili işlər naziri Jerald Darmanen bildirib.
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Fransa rəsmisinin dediklərini "növbəti əsassız fikirlər" adlandırıb.