Yeni Zelandiyada qoyun saxlayan fermerlər indi meşə sahələri salmağa üz tuturlar."The Guardian" yazdığına görə, fermerlərin belə bir addım atması 2050-ci ilə qədər istixana qazını sıfıra endirməkdir.
Ekoloqların fikirincə, meşələrin böyüdülməsi istixana qazı emissiyalarını xeyli azalda bilər.
Buna da bax: Söyüdlüdə indi vəziyyət necədir?Yüz ilə yaxındır ki, qoyun əti, quzu əti və yun Yeni Zelandiyanın ən böyük milli gəlir mənbəyidir. 1980-ci illərdə ölkədə qoyunların sayı insanların sayından iyirmi dəfə çox olub. Qoyun sayının dəfələrlə azaldılması nəticəsində indi bu fərq beşə düşüb.
Yeni Zelandiyanın "Beef and Lamb" fermer təşkilatının son araşdırmasına görə, fermaların meşə təsərrüfatlarına satışı illər ərzində artıb. 2017-ci ildə yeddi min hektar satılıbsa, 2021-ci ildə bu rəqəm 21 min hektara yüksəlib.
Bununla yanaşı, ekspertlər hesab edirlər ki, təkcə şam ağacları əkməklə “təmiz sıfıra” çatma asan olmaya bilər. Ekoloqlar şam ağacının yerli ekosistemləri poza biləcəyindən narahatdırlar.
Qlobal istiləşmənin əsas səbəblərindən biri kimi istilikxana qazlarının çoxalması göstərilir .
Buna da bax: Azərbaycan ekologiya reytinqində 104-cüdür2015-ci ildən 2022-ci ilə qədər olan dövr ən isti illər hesab olunur. Yer kürəsində orta temperatur sənayedən əvvəlki dövrlə müqayisədə 1,15°C daha isti olub. 1,5°C artımı isə alimlər kritik hesab edirlər. Daşqın, quraqlıq, meşə yanğınları, tufanlar, soyuq və ekstremal hava hadisələrinin artması qlobal istiləşmə ilə əlaqələndirilir.