İyulun 19-dan işğaldan azad edilmiş Zəngilanın Ağalı kəndinə köçürülmə prosesinə başlanılıb. Bu gün 10 ailə Abşeron rayonu Masazır qəsəbəsində yerləşən "Zəngilan şəhərciyi"ndən Ağalı kəndinə yola salınıb.
Rəsmi məlumata görə, ümumilikdə proses dörd mərhələdə həyata keçiriləcək. Prosesin birinci mərhələsində 40-dan çox ailənin Ağalıya köçürülməsi planlaşdırılıb.
Ağalı kəndində 200 ev inşa olunub. Həmin evlərin enerjiyə olan tələbatı yalnız alternativ mənbələrdən əldə ediləcək.
1988-ci ildə başlayan Qarabağ münaqişəsində Azərbaycan Dağlıq Qarabağı və ətraf yeddi rayonu, o cümlədən bir neçə kəndi itirmişdi. 2020-ci ildə 44 günlük müharibədə Azərbaycan işğal edilmiş ərazilərin böyük hissəsi üzərində nəzarəti bərpa edib. Bundan sonra orda minadan təmizləmə işlərinə, dağıdılmış infrastrukturun yenidən qurulmasına start verilib.
Sizin brauzer HTML5-i dəstəkləmir