Serj Sarkisyan hakimiyyəti Ermənistanın müstəqilliyindən bəri ölkədə mövcud olan hakimiyyətlərin bəlkə də ən zəifidir. Cəmiyyət arasında dayaqları olmayan, diasporun müdafiəsindən məhrum olan və Rusiyaya sığınan bu hakimiyyətin hətta nə qədər davam gətirəcəyi mübahisəlidir
Artıq indidən məlumdur ki, hakimiyyət müxalifətin seçki komissiyaları ilə bağlı əsas tələbini–komissiyaların paritet əsasında formalaşdırılmasını yerinə yetirmək fikrində deyil. Belə olan təqdirdə bəzi müxalifət partiyalarının nəyə görə may ayını gözləməsi də aydın olmur
Bunun səbəbləri ilə bağlı müxtəlif ehtimallar söylənir. Hakimiyyətə yaxın müşahidəçilər bunu neft dollarlarının axını ilə bağlayırlar. Sonuncu sosial problemləri qismən də olsa azaldıb və belə güman edilir ki, problemlərin azalması insanların siyasətə marağını zəiflədir
Müşahidəçilərin fikrincə, 2008-ci ilin prezident seçkisi bu vaxta qədər keçirilən bütün seçkilər arasında ən maraqsızı olacaq. Əvvəllər seçki dövründə müxalifət müxtəlif bloklar yaradır və seçki ərəfəsinin demokratik olmasına çalışırdı. İndi həmin təşkilatların bir çoxu yoxdur
Artıq prezident seçkisinə bir neçə ay qalıb. Partiyalar nəinki əhali ilə, hətta öz üzvləri ilə görüşlər keçirə bilmirlər. Rayonlarda belə görüşlər keçirməyə imkan verilmir. Seçki dövründə şəraitin bir neçə günlüyə dəyişməsi heç nəyə təsir etməyəcək
Ən çox maraq kəsb edən Bakının mövqeyi və davranış tərzidir. Azərbaycanın NATO-ya inteqrasiyası ilə bağlı ölkə analitikləri və siyasətçiləri arasında yekdil fikir yoxdur. Bəziləri bu prosesin sürətinin aşağı olmasını NATO ilə, digərləri isə Bakı ilə bağlayırlar
Əvvəllər belə təkliflər qeyri-real və əsassız kimi qarşılanırdı. Daha çox belə bir fikir üstünlük təşkil edirdi ki, son nəticədə hər şeyi böyük dövlətlərin iradəsi həll edir. Amma BMT-dəki səsvermə göstərdi ki, bu, heç də həmişə belə deyil
Azərbaycanın Avropa Şurasında təmsil olunması getdikcə simvolik məzmun kəsb edir. Azərbaycanlı məmurlar avropalı kimi yaşamağa, asiyalı kimi idarə etməyə üstünlük verirlər. Bu tendensiya hesabatlarda əks olunmasa da, onu getdikcə daha çox azərbaycanlı hiss etməkdədir
Cənubi Qafqaz bölgəsi narahat anlar yaşayır. Bu, nə ilə bitəcək? İndi bu sualın cavabını heç kim bilmir. Hətta ən təcrübəli müşahidəçilər və analitiklər belə
Azərbaycanın mövqeyini müdafiə edən Türkiyə və Almaniya kimi dövlətlər var. Prinsipcə, bu dövlətləri Minsk Qrupunun həmsədrləri kimi fəaliyyətə cəlb etmək olar. Amma təəssüf ki, həmsədrlər hər iki ölkənin razılığı ilə müəyyən olunur
Moldovanın GUAM-dan çıxması bu qurumdakı dövlətlərin sayını azalda bilsə də, onu tam iflasa uğrada bilməz, çünki digər üç üzvlər arasında çox üzvi əlaqələr yaranıb. Azərbaycanın, Ukraynanın və Gürcüstanın biri-birinə ehtiyacı çoxdur. Bu üç ölkə arasında əsl siyasi anlaşma var
Aprelin əvvəllərində Buxarestdə keçiriləcək NATO-nun növbəti sammiti indi maraq doğuran əsas hadisələrdən biridir. Bəlkə də Cənubi Qafqaz dövlətləri üçün yaxın perspektivdə bundan artıq maraq kəsb edəcək ikinci bir məsələ yoxdur
Bu günlərdən iki çıxış yolu var: Ermənistandakı hakim siyasi qüvvə ya hakimiyyətdən getməli, ya da ölkəni hərbi-polis rejimində idarə etməlidir. Müşahidəçilərin qənaətinə görə, üçüncü yol yoxdur. Üçüncü yol dialoq yolu ola bilərdi, amma bunun üçün artıq bütün imkanlar tükənib
İndiki siyasi ittifaqdan hamının öz umacağı var. Bu ittifaq Putinə siyasi karyerasını davam etdirmək və özünün rahat həyatını təmin etmək, Medvedevə isə prezident olmaq üçün lazım idi. İttifaqın nə qədər davam edəcəyini isə zaman göstərəcək
Hətta Ermənistan müxalifəti təkrar seçki keçirilməsinə nail ola bilməsə də, hakimiyyət bundan sonra əvvəlki ilə müqayisədə daha məhdud çərçivədə fəaliyyət göstərəcək. Bundan sonra Ermənistandakı hakimiyyətin güclü müxalifəti olacaq
Bu varis məsələsi artıq dünya demokratiyası üçün baş ağrısına çevrilib. Hamı özünə varis axtarır. Dünya sanki demokratik seçkidən yorulub. Bunun səbəbini siyasətin qəlizliyində axtaranlar da var
Ter–Petrosyan indiki hakim klanın nümayəndələrindən daha ağıllı və tədbirlidir, həm də daha mürəkkəb davranışa malik siyasətçidir. Belə siyasətçi indiki dövrdə Rusiyaya lazımdırmı?
Növbəti dəfə beynəlxalq hüququn iki prinsipi – dövlətlərin ərazi bütövlüyü və millətlərin öz müqəddəratını təyin etməsi qarşı-qarşıya gəldi. Üstünlük nəyə veriləcək? Dünya dövlətlərinin hamısı Kosovonun müstəqilliyini tanıyacaqmı?
İndi diqqət mərkəzində olan proseslərdən biri də Ermənistanda keçiriləcək prezident seçkisidir. Sözsüz ki, bu proses Gürcüstandakı prezident seçkisi qədər maraq kəsb etmir. Gürcüstan Ermənistanla müqayisədə daha maraqlı və mürəkkəb situasiya yaşayırdı
İndi diqqət mərkəzində olan məsələlərdən biri də dünyanın aparıcı dövləti ABŞ-da keçirilən ilkin prezident seçkiləridir. Bu prosesi həqiqətən də dünyanın seçimi adlandırmaq olar. Seçkilər dünya siyasətinə hansı yeniliklər gətirə bilər? Xarici siyasətdə nə baş verə bilər? Bu kimi suallar aparıcı KİV-lərin əsas müzakirə mövzusudur
Davamı