«Ağır günlərdə, özəlliklə yenə Qarabağın taleyinin gündəmə gəldiyi çox gərgin bir vaxtda sakitcə suyun qiymətinin bahalaşdığını elan etdilər. Amma bunu nə qədər səssiz və toxtaq bildirməyə çalışsalar da...»
İnsanlar narahatdırlar ki, hər gün mal və xidmətlərin qiyməti artır. Hökumətsə sanki bunu görmür, hətta bəzi malların, məsələn, dərmanların qiymətini ucuzlaşdırmağa cəhd göstərir...
S.Lavrov-un guya hansısa ciddi təkliflə gəlişi barədə söhbətlər artıq öz auditoriyasını bezdirib. Beş, ya da yeddi rayonun «qaytarılmasından» ard-arda yazılsa da, ortalıqda bir şey yoxdur...
İnsanlar ədəbiyyata iki cür xidmət edirlər - bir hissəsi öz əsərlərini dərc etməklə, bir hissəsi də bunu etməməklə...
Biz özümüzə «alverçi...» və ya «tacir xalq» deyirik. Eləsə, səyyahlarımız niyə bu qədər az olub? Axı orta əsrlərdəki və bir az da ondan əvvəlki səyahətlər daha çox ticari məqsəd daşıyıb.
ən absurd vəziyyət onda başlayacaq ki, Milli Şura yenidən İctimai Palata kimi bir təşkilata transformasiya edəcək...
«Türkləşmək, islamlaşmaq, müasirləşmək» şüarı kimi, boz qurd simvolu kimi, Sizif obrazı da bir az bayağılaşdı...
Əgər ermənilərin timsalında sevgi bayağılaşırsa, bizim misalda əksinə nifrət bayağı forma alır.
Yüz il bundan əvvəl Azərbaycanda başqa vəziyyət idi. Hakimiyyətdə Axundovlar idi, cəmiyyətin böyük bir qövmü isə Novruzəlilərdən ibarət idi. İndi vəziyyət inversiya olunub, cəmiyyət daha çox Axundovlardan ibarətdir, amma idarəedənlər daha çox Xudayarbəyi xatırladırlar
Təhlükə insanları birləşdirir, amma eyni zamanda qorxu altında saxlayır. Qorxu altında olmaq isə bir o qədər də cəlbedici məşğuliyyət deyil
İranda prezident seçkilərini məhdud seçki adlandırmaq daha düzgün olardı. Ən azı ona görə ki, demokratiya çoxşaxəli sistemdir, bu sistem təkcə seçki ilə məhdudlaşmır
NATO-nun Bakıda növbəti tədbiri başlayıb. NATO ilə münasibətlərində konkretlik olmayan hakimiyyətin idarə etdiyi ölkədə belə tədbirin keçirilməsinin müsbət və mənfi tərəfləri var…
İndi çox böyük maraq kəsb edən hadisələrdən biri də Avropa parlamentinə seçkilərdir. Hələ ki ümumi tendensiyalar bunu göstərir ki, Avropa siyasəti ciddi şəkildə sağa - mühafizəkarlığa doğru meyl edir
İrəlicədən məlum idi ki, əsas siyasi partiyaların fəaliyyətini çox kəskin şəkildə məhdudlaşdırandan sonra diqqət yazılı və elektron informasiya vasitələrinə yönələcək
Çin filosoflarından biri deyirdi ki, «elə idarə et ki, insanlar düşünməsinlər idarə olunurlar». Bir cümlədə ifadə olunmuş bu fikri müxtəlif cür yozmaq olar
Bu gün Azərbaycanda Respublika Günü kimi bayram edilir. Bayram və ona münasibət bu ölkədə maraqlı xüsusiyyətləri ilə diqqəti cəlb edir, xüsusən də siyasi tarixlər
Arabir adama elə gəlir ki, dünyada hər nə baş verirsə böyük dövlətlərin və onun yaxın müttəfiqlərinin iradəsi ilə həyata keçirilir
Avtoritar rejimlərdə həmişə rüşvətxorluq böyük miqyasda olur. Bu isə digər dövlətin əlinə bir «rıçaq» verir. Oliqarxiya məhz belə yaranır. Siyasətlə maliyyənin, qovuşması belə yaranır
Türkiyənin baş naziri də Bakıya işgüzar səfərə gəldi. Məqsəd son vaxtlar Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması bağlı narahatlığa son qoymaq idi
Bu, çox maraqlı detaldır. Təsəvvür edək ki, Qarabağ probleminin həlli üçün müəyyən model hazırlanıb. Bəs cəmiyyət son nəticədə də bu modeldən xəbərsiz qalacaq? Axı bu, qeyri-mümkündür.
Davamı