ABŞ-da səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov 2006-cı ildə Qarabağ münaqişəsinin həlli üçün imkanların olduğunu da deyib
Qafqazda «dondurulmuş» münaqişələrin həlli Avropa Birliyinin əsas prioritetlərindən biri olacaq. Bu barədə «Azadlıq» radiosunun erməni xidmətinə Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi bildirib.
«ATƏT-in Minsk Qrupunun (MQ) həmsədrləri Dağlıq Qarabağ münaqişəsində bu il hansısa bir variantda sülh razılaşmasının əldə olunmasını arzuolunan variant hesab edirlər. Lakin son nəticədə bu cür razılaşma münaqişə tərəflərinin özlərindən asılıdır».