Məğzi buna gəlir - ziddiyyətlər və onların arasında balansın tapılması. Xalqın isə hakim rolunda çıxış edərək zaman-zaman düzgün hesab etdikləri liderləri hakimiyyətlə mükafatlandırmaq, onun iradəsinə qarşı çıxanları isə növbəti seçkilərdə cəzalandırmaq
Hökumət nəzarətində olan qəzetlər və televiziya onu tamamilə kənara atıb. Parlament seçkiləri üçün indidən kampaniya aparmasının səbəbi də budur
Syaobonun məhkəməsi Kafka stilli totalitarlığın təcəssümüdür. Məhkəmə qısa, bağlı qapılar arxasında, birtərəfli və nəticəsi Çin rejiminin ən yuxarı eşalonlarında əvvəlcədən müəyyənləşdirildiyi qaydada keçirilib
Ukraynadakı son seçkilərin mesajı budur ki, ukraynalılar bir-birindən şikayət edən siyasətçilərdən bezib tələb edirlər ki, onlar funksional, Qərbə inteqrasiya edilmiş bir dövlət qursunlar
«Vaşinqton Post» qəzeti özünün bazar günü sayında maraqlı bir məsələni müzakirə edən yazı dərc edib. Məlum olub ki, qəzetin Haiti zəlzələsi ilə bağlı dərc etdiyi bir çox şəkillər oxucuların bir qismi tərəfindən çox neqativ qarşılanıb
«Uoll Strit Cornal»: «İran hökuməti ilə əlaqədə olan Qərb dövlətləri artıq dərk etməlidirlər ki, rejimlə aparılan istənilən danışıqların üzərində demokratik hərəkatın kabusu dolaşır»
«Xartiya-2008» insan haqları bəyannaməsinin müəllifi və Çində bu sənədə 303 nəfərə imza atdıra bilmiş Lyu Syaobo Çin hakimiyyətinin qəzəbinə tuş gəlib
Dekabrın 13-də keçmiş ABŞ prezidentliyinə namizəd, 1972-ci ildə prezident seçilmiş Riçard Niksonun Demokratlar partiyasından olan əsas rəqibi Corc MakQovernin «Vaşinqton Post» qəzetində məqaləsi dərc edilib
Bu il ilk dəfə olaraq Çində satılan avtomobillərin sayı ABŞ-da satılan avtomobillərin sayını ötəcək. Bu mala tələbat ölkədə o qədər böyükdür ki, maşın almaq istəyənlər uzun növbəyə yazılmalı olurlar
Yeni dini əqidə hamını qəbul edir: «Narkotik satanları da, həkimləri də, xarratları da, evdar qadınları da». «Vaşinqton Post» yazır ki, onlar sıralarına cinsi azlıqları, transseksualları, hətta caniləri də qəbul edir
ABŞ-da yaşayan müsəlman əsilli zabit – mayor Nidal Həsən Fort Huddakı hərbi bazada atəş açıb 13 günahsız amerikalını qətlə yetirəndən sonra ABŞ-da ümumən müsəlmanlara etibar məsələsi yenidən gündəmə gəlib
ABŞ mediasında Amerika prezidenti Barak Obamanın Çinə son səfəri ciddi tənqid obyektinə çevrilib. «Vaşinqton Post» qəzeti yazır ki, Obama getdikcə daha çox Çinin lideri Hu Cintaoya oxşamağa başlayır
Misirin Şarm əl-Şeyx şəhərində keçirilən Çin-Afrika sammitində Çinin Baş naziri Ven Tsyabao növbəti üç ildə Afrikaya 10 milyard dollar kredit ayıracaqlarını vəd edib
Bir çox Fransa rəsmiləri, o cümlədən keçmiş prezident Jak Şirak səlahiyyət həddini aşmaqda və pul mənimsəməkdə ittiham olunurlar. Oktyabrın 30-u Şiraka rəsmi ittiham elan olunub
Rusiyanın iqtidar partiyası olan «Vahid Rusiya» Çinin kommunist idarəçiliyinin öyrənilməsi ideyasına qayıdıb
Devrilərək öz ölkəsindən qovulan Hoduras prezidenti Manuel Zelaya sentyabrın 21-də yenidən ölkəsinə qayıdıb. O, Braziliya səfirliyində gizlənməyə nail olub
Birləşmiş Ştatların siyasətinə münasibətdə Şərqi və Qərbi Avropa arasında ABŞ-a olan münasibətdə ciddi fərqlər üzə çıxıb
Sentyabrın 6-da «Nyu York Taymz» qəzeti Rusiyada qətlə yetirilmiş jurnalist Anna Politkovskayanın işi üzrə məhkəməyə dair yazı dərc edib
Avqustun 24-də «Vaşinqton Post» qəzeti Şimali Qafqazda cərəyan edən son hadisələri təhlil edən yazı dərc edib
ABŞ Misirə yönəlik siyasətini köhnə axara qaytardığı bir vaxtda Misir çox mühüm bir dəyişiklik ərəfəsindədir: 83 yaşlı prezident Hüsni Mübarək yeni parlament və prezident seçkilərinə hazırlaşır
Davamı