«National Review Online» dərgisi Amerikanın maraqlarının qorunması üçün təklif edir ki, ABŞ Türkiyənin İraqa məhdud hərbi müdaxiləsini dəstəkləsin. Müəlliflərin fikrincə Türkiyənin İraqa müdaxilə etmək üçün «güclü mənəvi və hətta hüquqi əsasları var»
Son bir neçə gündə ABŞ administrasiyası anti-Amerika hökumətlərinə qarşı təzyiqləri artıran bir neçə əhəmiyyətli addım atıb. Corc Buş dünyanı Kastrosuz Kubaya hazırlaşmağa çağırıb. Eyni zamanda ABŞ vətəndaşlarına İranın üç əsas bankı ilə işləmək qadağan olunub
«Los Anceles Taymz» --> http://www.latimes.com/news/printedition/asection/la-oe-fuller19oct19,1,7080546.story?ctrack=1&cset=true : «Türkiyədə demokratiya möhkəmləndikcə, bu ölkə öz milli maraqlarını daha üstün şəkildə qorumaq imkanı əldə edir. Bu maraqlar isə əksər hallarda ABŞ-ın regiondakı siyasəti ilə ziddiyyət təşkil edir. «Erməni soyqırımı» məsələsi ətrafındakı qalmaqal bu ziddiyyətin yalnız bir epizodudur»
Son sorğuların nəticələrinə görə, Rudolf Culiani seçicilərin 26 %-nin rəğbətini qazanıb ki, bu da respublikaçı düşərgədə onun ən yaxın rəqibi Con Mak Keynin 13 %-lik populyarlıq reytinqindən iki dəfə çoxdur. Seçki kampaniyası üçün yığılan vəsaitin həcminə görə, digər respublikaçı namizəd Mit Romnidən geri qalan Culiani tezliklə bu fərqi də aradan qaldıracağına ümid edir
Oktyabrın 4-də «Washington Post» qəzeti «ABC News»la keçirdiyi birgə sorğunun nəticələrini elan edib. Sorğu 2008-ci ilin prezident seçkilərində iştirak edən namizədlərin populyarlığını öyrənmək məqsədi güdüb. Hillari Klinton 51 % reytinqlə rəqiblərini qabaqlayır
İran prezidenti Mahmud Əhmədinejat Kolumbiya Universitetində belə təqdim olunub. Universitet rəhbərliyi deyib ki, ən barışmaz fikri belə təkzib etməzdən əvvəl ona qulaq asmaq lazımdır. «Əgər indi 30-cu illər olsaydı və Hitler belə Amerikaya gəlsəydi, biz onu universitetə çağırardıq ki, bəzi suallarımıza cavab versin»
Amerika mətbuatı Azərbaycan qeyri hökumət təşkilatı olan Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Mərkəzinin (AVCİYA) nümayəndə heyətinin ABŞ-a səfərinin təşkil olunmasını kəskin tənqid atəşinə tutur
Ötən həftə ABŞ hərbi qüvvələrinin İraqdakı komandanı general Devid Petreusun konqres qarşısında verdiyi hesabat demokratların nəzarət etdiyi konqreslə respublikaçıların nəzarət etdiyi ABŞ administrasiyası arasındakı müzakirələrə yeni təkan verib
«Washington Post»un yazarı Corc Uill bildirir ki, onun fikrincə ABŞ hərbisinin qarşıya qoyduğu siyasi vəzifələr real deyil və İraqda güclü demokratik dövlət qurmaq istəyən ABŞ ilk növbədə özünə bu sualı verməlidir: «İraq varmı? İraqlılar varmı?»