Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 04:39
Vladimir Putin
Vladimir Putin

Putin deyib ki, Qarabağın statusu ‘gələcəyə’ qalır

Noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

00:07 15.11.2020

Rusiya prezidenti Azərbaycan prezidentinə zəng vurub

Qarabağda gedən döyüşlərin dayandırılması ilə bağlı Azərbaycan və Rusiya prezidentlərinin sənəd imzalaması, 9 noyabr 2020
Qarabağda gedən döyüşlərin dayandırılması ilə bağlı Azərbaycan və Rusiya prezidentlərinin sənəd imzalaması, 9 noyabr 2020

Noyabrın 14-də Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.

Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, telefon söhbəti zamanı Dağlıq Qarabağa dair üçtərəfli bəyanatda təsbit edilmiş razılaşmaların yerinə yetirilməsinin praktiki aspektləri müzakirə edilib.

Açıqlamaya görə, tərəflər atəşkəs rejiminə riayət edilməsindən və təmas xəttində vəziyyətin kifayət qədər sakit olmasından məmnun olduqlarını bildiriblər.

“Telefon söhbəti zamanı Rusiya prezidenti qeyd edib ki, üçtərəfli bəyanata müvafiq olaraq Azərbaycan Respublikasına qaytarılan rayonlarda xristian məbədləri və monastırları yerləşir. Bununla əlaqədar o, həmin ibadətgahların qorunub saxlanılmasının və normal fəaliyyətinin təmin edilməsinin vacibliyini vurğulayıb.”

Məlumata görə, prezident İlham Əliyev də qeyd edib ki, Azərbaycan çoxmillətli, çoxkonfessiyalı dövlətdir, burada bütün xalqların, bütün dinlərin nümayəndələrinin hüquq və azadlıqları tam təmin edilib:

“Azərbaycan ərazisində yerləşən qədim müsəlman və xristian ibadətgahları dövlət tərəfindən mühafizə olunur”

Bildirildiyinə görə, prezident İlham Əliyev deyib ki, üçtərəfli bəyanata müvafiq olaraq Azərbaycana qaytarılan ərazilərdə yerləşən xristian məbədləri dövlət tərəfindən lazımi qaydada mühafizə olunacaq: “Azərbaycanda yaşayan xristianlar bu məbədlərdən istifadə edə biləcəklər”,prezident qeyd edib.


Xatırlatma

Noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan açıqlayıb ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulur. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Noyabrın 14-də Rusiya prezidnti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı Ermənistanın Baş Naziri Nikol Paşinyanla danışıb. Bu barədə Rusiya prezidentinin rəsmi "kemlin.ru" saytı məlumat yayıb.

14:12 14.11.2020

Paşinyan: Şuşa itiriləndən sonra onu qaytarmaq üçün iki dəfə cəhd olub...

Nikol Paşinyan, arxiv foto
Nikol Paşinyan, arxiv foto

Şuşa şəhərinə Azərbaycan ordusu daxil olandan sonra Ermənistan ordusu iki dəfə şəhəri geri qaytarmağa cəhd edib. Amma hər iki cəhd uğursuzluqla nəticələnib.

Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan İctimai televiziyasındakı çıxışında danışıb.
“Bəli, Şuşanı itirdik və itirdikdən sonra geri qaytarmaq üçün iki cəhd edildi, ilk cəhd ümumiyyətlə nəticə vermədi, ikinci cəhd zamanı bir qrup Şuşaya girib mövqe tutsa da onlar da həmin mövqelərdə uğur qazana bilmədi və Şuşa getdi”

Baş nazir Şuşa döyüşləri ilə bağlı bir çox miflərin olduğunu deyib.
“Şuşa ilə bağlı bir çox miflər var. Məsələn, yalnız bu günlərdə mənə məlumat verildi ki, Şuşanın yıxıldığını bildiyimiz bir vaxtda hələ də döyüşən 50 nəfərlik bir qrup var. Təbii ki, bu vəziyyətdə bu məlumatı verən şəxsdən, qrupda olanın əlaqələrini, kimin olduğunu soruşdum. Əlbətdə ki, bunu hərbçilərə çatdırdım, çünki bu məlumat başqa bir kanaldan da alındı. Əlavə yoxlamalar zamanı bu şəxsin əslində Stepanakertdə (Xankəndi) olduğu ortaya çıxdı. Demək istəyirəm ki, bir çox hallarda yayılan məlumatlar sonda sadəcə təkzib olundu”.

Paşinyan cəbhədəki uğursuzluqlarla bağlı atılan əsas addımlara da toxunub.

“Xahiş edirəm siyasi vəzifəmizi düzgün başa düşün. Cəbhədə uğursuzluqlar başlayanda biz sahədə işimizi elə qurmağa çalışırdıq ki, cəbhədəki bu məntiqi ardıcıllığı sındıra bilək. Bu qərar belə bir tapşırığı hazırlamağın mənasız olduğunu başa düşdüyümüz bir vaxtda verildi. Bunu qeyd etməyimizin mənası nə idi? Bu nöqtə Şuşanın itirilməsi idi. Həm də demək istəyirəm ki, ictimaiyyətimiz bilir: Şuşadan əvvəl müharibəni dayandırmaq üçün mümkün olan bütün ssenarilərdə Şuşa döyüşsüz təslim olmalı idi." -deyə Ermənistanın baş naziri bildirib.

Prezident: “Şuşa işğaldan azad edilib”

İlham Əliyev Şuşanın işğaldan azad olunmasını elan edir, 8 noyabr 2020
İlham Əliyev Şuşanın işğaldan azad olunmasını elan edir, 8 noyabr 2020

Azərbaycan prezidenti İlham Əliyev Şuşa şəhərinin işğal azad olunması ilə bağlı xəbəri noyabrın 8-də elan edib.

Azərbaycan prezidenti İlham Əliyev noyabrın 8 -də “Şəhidlər Xiyabanı”nda etdiyi müraciətdə vurğulayıb ki, Şuşa şəhəri işğaldan azad edilib.

“Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm! Bütün şuşalıları ürəkdən təbrik edirəm!”, deyə prezident İlham Əliyev vurğulayıb.

Dövlət başçısı sonra da deyib: “Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir...”.

23:24 13.11.2020

Qarabağa dair Türkiyə-Rusiya danışıqları noyabrın 14-də davam edəcək

Noyabrın 13-də Ankarada Türkiyə və Rusiya tərəfləri Dağlıq Qarabağda atəşkəs sonrası görüləcək tədbirləri müzakirə ediblər.

CNN Türkün Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən veridiy xəbərdə deyilir ki, müzakirələrin bugünkü texniki hissəsi başa çatıb.

Danışıqların noyabrın 14-də davam etdiriləcəyi bildirilir.

Türkiyənin Akşam qəzetinin verdiiyi xəbərdə deyilir ki, Rusiyanın 20 nəfərdən ibarət nümayəndə heyəti Ankarada Türkiyə tərəfi ilə danışıqlar aparıb.

TRT xəbər verir ki, Rusiya nümayəndə heyəti habelə Türkiyə Xarici İşlər Nazirliyində danışıqlarda olub.

20:15 13.11.2020

Rusiya sülhməramlıları Kəlbəcəri erməni qüvvələrindən boşaldır

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun xəbər verir ki, bugün, noyabrın 13-də, yerli vaxtla saat 14.00-da Rusiya sülhməramlıalrı və onların zirehli texnikası Kəlbəcər rayonuna daxil olub.

Bu rayon noyabrın 15-dək Azərbaycana təhvil verilməlidir.

Davamı

XS
SM
MD
LG