Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 16:44
Vladimir Putin
Vladimir Putin

Putin deyib ki, Qarabağın statusu ‘gələcəyə’ qalır

Noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

09:35 28.9.2020
Müdafiə nazirliyi görüntülər yaydı
Gözlə

No media source currently available

0:00 0:00:37 0:00

09:36 28.9.2020
Müdafiə naziri 7 kəndin azad olunduğunu deyir
Gözlə

No media source currently available

0:00 0:02:16 0:00

09:40 28.9.2020

Müdafiə Nazirliyi: "Tərtər şəhəri atəşə tutulur"

"Sentyabrın 28-i səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Tərtər şəhəri atəşə tutulur".

Bu məlumatı bu gün, sentyabrın 28-də saat 7:50-də Azərbaycan Müdafiə Nazirliyi yayıb.

Müdafiə Nazirliyi rəhbərliyi qarşı tərəfi adekvat cavab tədbirləri görüləcəyi ilə xəbərdar etdiyini açıqlayıb.

09:45 28.9.2020

C.Bayramov ABŞ Dövlət katibinin müavini ilə danışıb

Sentyabrın 27-də xarici işlər naziri Ceyhun Bayramov və ABŞ Dövlət katibinin müavini Stiven Biqan arasında telefon danışığı olub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumatda bildirilir.

Məlumata görə, ABŞ rəsmisi bölgədə baş verən yüksək gərginlik ilə bağlı ciddi narahatlığını ifadə edərək hazırkı vəziyyəti soruşub.

Qeyd edildiyinə görə, nazir C.Bayramov Ermənistan silahlı qüvvələrinin növbəti təcavüz aktı barədə məlumat verərək Azərbaycan silahlı qüvvələrinin özünümüdafiə hüququ çərçivəsində mülki əhalisini müdafiə etmək məqsədilə cavab həmlələri həyata keçirdiyini vurğulayıb.

C.Bayramov yaranmış vəziyyətin tam məsuliyyətinin Ermənistan üzərində olduğunu söyləyib.

XİN-in məlumatına görə, ABŞ Dövlət katibinin müavini S.Biqan öz növbəsində gərginliyin azaldılması üçün tərəflərin müvafiq addımlar atmasının vacibliyini qeyd edib.

Davamı

XS
SM
MD
LG