Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 08:35

YAP-ın çoxdan arzuladığı seçki


Sürətə də söz ola bilməz. YAP funksionerləri artıq öz liderlərinin qalib gəldiyini bəyan etdilər!
Sürətə də söz ola bilməz. YAP funksionerləri artıq öz liderlərinin qalib gəldiyini bəyan etdilər!
Əslində heç kim heç nə gözləmirdi. Hamı bilirdi ki, oktyabrın 15-də seçki olacaq. Elə alternativ namizədlər də real iddialarını gizlətmirdilər. Heç kim birinci olmağa ümid etmirdi, hətta bunu açıq şəkildə söyləməkdən çəkinmirdilər. Bu, məhdud qrup arasından seçilən, məhdud imkanlar verilən bir siyasi dairə idi. Namizədlər üçün çıxış vaxtı da elə seçilmişdi ki, əhalinin əksəriyyəti bunu izləyə bilmirdi. İzləməyə ciddi maraq da yox idi. Yenə də hər şey «ətraf» üzərində cəmləşmişdi – «prezident yaxşıdır, çalışır, amma onun tapşırıqlarını yerinə yetirmirlər!» Seçkidə real alternativ yox idi.
Bircə çıxışı izləyən istənilən adam bu fikrə gələ bilərdi. Beş il az müddət deyil, bu vaxt ərzində çox vədlər verilmişdi. Bunların heç biri ilə bağlı ciddi analiz aparılmadı, ölkənin daxili və xarici siyasəti ciddi təftiş olunmadı. Başa düşmək olmadı ki, ölkə gələcəyə hansı strategiya, hansı taktika ilə gedir.
İndi hər şey arxada qaldı. YAP qarşısına qoyduğu bütün məqsədlərə çatdı.

Seçki möhtəşəm siyasi hadisə kimi, bu, həqiqətən də belədir, çünki beş ildən bir baş verir, ölkənin siyasi həyatından silindi. Diskussiyalar, aksiyalar, böyük mitinqlər, partiyalararası məsləhətləşmələr – bunların hamısı keçmişdə qaldı. YAP-ın bundan da - seçkidən də vacib işləri var. Özləri belə deyirlər. Seçki ancaq qısamüddətli prosedur kimi qaldı. Beş ildən bir tələm-tələsik bu prosedur həyata keçiriləcək və bununla da hər şey bitəcək. YAP özünün quruculuq fəaliyyətini davam etdirəcək. Daha əvvəllər olduğu kimi problem yaradan, mübahisə edən, seçkinin nəticəsini tanımayan müxalifət də yoxdur. Yeni Azərbaycanda hər şey yeniləşib!

Fakt budur ki, böyük bir müddət ərzində Avropa Şurası Azərbaycanda bircə dənə də olsun əsl demokratik seçkinin keçirilməsinə nail ola bilmədi. Hər seçki bir irəliləyiş! Bu hesabla Azərbaycan indi harada olmalı idi?
Formal olaraq hər şey qaydasındadır – əhali seçkiyə gəlir, müşahidəçilər var, alternativ namizədlər mövcuddur! Daha Avropa Şurası nə deyə bilər?

Hər şey çox yaxın keçmişi xatırladır. Amma bir qədər zənginləşmiş və mürəkkəbləşmiş formada!

İndi Avropa standartlarından danışmağın əsl vaxtıdır. Elə Avropa da deyəsən məsələni qəlizləşdirmək niyyətində deyil. Fakt budur ki, böyük bir müddət ərzində Avropa Şurası Azərbaycanda bircə dənə də olsun əsl demokratik seçkinin keçirilməsinə nail ola bilmədi. Hər seçki bir irəliləyiş! Bu hesabla Azərbaycan indi harada olmalı idi?

Avropa da öz meyarlarından uzaqlaşmaqdadır. Geosiyasət getdikcə demokratiyanı arxa plana keçirir. Belarus, Özbəkistan və digər ölkələrlə bağlı sanksiyalar dondurulur. Təbii ki, bu, həmin ölkələrin Rusiya ilə əlaqələrini zəiflətmək üçün edilir. Amma ortada itirilən demokratiya olur!

ATƏT-in təmsilçisi Mikloş Haraştinin ofisi jurnalistika ilə bağlı xüsusi kitab hazırlayır. «Jurnalistlər anlamalıdırlar ki, onların hüquqları ilə yanaşı vəzifələri də var!» Bu, Azərbaycan jurnalistlərinə tövsiyələrdir! Görəsən, həbsdə olan Azərbaycan jurnalistlərinin bunlarla tanış olmaq, öz vəzifələrini öyrənmək imkanı olacaqmı? Onlar seçkini həbsxanada keçirməli oldular. Bu hal seçkinin demokratikliyi ilə necə uzlaşdı? Bu da maraqlı sualdır!
Sürətə də söz ola bilməz. YAP funksionerləri artıq öz liderlərinin qalib gəldiyini bəyan etdilər!

İndi gələcəklə bağlı hər hansı proqnoz səsləndirmək lüzumsuz məsələdir. Burada bir neçə aspektdən çıxış etmək olar. Ən birincisi isə indiki təcrübədir. Bu təcrübə böyük ümidlərə qapılmağa əsas vermir. Prezident seçkisi seçkilərin ən alisidir. Əgər prezident seçkisi bu formada keçirilirsə digər seçkilər haqqında nə demək olar? Düzdür, müxalifət bir qədər fərqli düşünür. Amma prezident seçkisi ərəfəsində müxalifət Seçki Məcəlləsinə ciddi dəyişikliklər etdirə bilmədi, «Sərbəst toplaşmaq» haqqında qanunu ciddi şəkildə dəyişə bilmədi. Elə indi də özlərinin hətta ən kiçik aksiyalarını keçirə bilmirlər. Parlament seçkisi 2010-cu ildə olacaq. İki ilə nə dəyişəcək? Məsələyə ancaq daxili faktorlar aspektindən yanaşsaq ümidverici heç nə görünmür. Azərbaycanda siyasi mübarizə dissident hərəkatı xarakterini almaqdadır – zəif və qərargahsız partiyalarla ciddi siyasi nəticələr əldə etmək çətin məsələdir. Bura əhalinin getdikcə azalan siyasi fəallığını da əlavə etsək mənzərə bir qədər də tündləşər.
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG