Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 08:34

Tam şəriksizlik ölkəni hara aparır?</a> <font color="darkorange">Analiz</font>


YAP isə əsl mahiyyətini büruzə verdi – bu partiya heç nəyi və heç kimlə bölüşmək istəmir. Tam şəriksizlik!
YAP isə əsl mahiyyətini büruzə verdi – bu partiya heç nəyi və heç kimlə bölüşmək istəmir. Tam şəriksizlik!
Konstitusiya Məhkəməsi prezident seçkisinin nəticəsini təsdiqlədi. Seçkiyə qatılan alternativ namizədlərdən heç kim üç faizlik baryeri aşa bilmədi.
İlk baxışda bu, bir o qədər də əhəmiyyətli fakt kimi görünmür. Xüsusən də nəzərə alanda ki, alternativlərdən heç biri məhz hakimiyyəti topladığı xalları azaltmaqda qınamağa cəsarət etmədi, biri-birilərini ittiham etdilər. YAP isə əsl mahiyyətini büruzə verdi – bu partiya heç nəyi və heç kimlə bölüşmək istəmir. Tam şəriksizlik! Alternativlərdən başqa da YAP-a xidmətdə bulunmaq istəyənlər var. Amma YAP onların da xidmətini artıq «adi vətəndaş borcu» kimi qəbul edir. Məntiq budur: əgər sən bu ölkənin vətəndaşısansa YAP-a xidmət etməli, onu dəstəkləməlisən. Bu, tədricən ölkənin avtoritarizmdən totalitarizmə tərəf sürüşməsi deməkdir. Hərçənd bəzi müşahidəçilər bununla razılaşmırlar. Sovetlər vaxtında bəzi sosialist ölkələrində kommunist partiyasından başqa partiyalar var idi, amma bu, həmin ölkələrdəki totalitar rejimlərə təsir göstərmirdi, sadəcə maket rolunu oynayırdılar.

Artıq beş illik təcrübə var. İndi maraq kəsb edən odur ki, növbəti beş ildə nə olacaq? Optimist proqnozlar çox seyrək səslənir. Ən böyük problem odur ki, seçki dövründə hakimiyyət tərəfindən proqnozlar üçün ciddi arqumentlər səslənmədi. YAP-ın nümayəndəsini teledebatlarda partiya funksionerləri təmsil edirdilər. İnsanlar isə bir çox şeyləri məhz birinci şəxsin dilindən eşitmək istəyirdilər. Bu, isə olmadı. Bəlkə heç buna da lüzum da yox idi. 700 min iş yerinin açılması, yoxsulluğun az qala ləğv edilməsi, Cənubi Qafqazda ən güclü orduya malik olmaq, iqtisadi göstəricilərə görə dünyada lider dövlət olmaq haqqında çox deyilib.

Növbəti dəfə YAP üçün ən böyük maneə Konstitusiya olacaq. Ya prezidentlik müddətini uzatmalıdırlar, ya iki dəfəlik seçki məhdudiyyətini götürməlidirlər, ya da başqa hansısa orijinal variant fikirləşməlidirlər
Bir sözlə, Azərbaycanın bütün sahələrdə potensialı böyük imiş: sadəcə vaxtı deyil, lazım olanda istifadə olunacaq. Lazım gələndə insanlara sosial müavinət də vaxtında veriləcək, hələ də qazdan və işıqdan əziyyət çəkən rayonların problemləri də həll olunacaq, sovet dövründən qalma əmanətlər də qaytarılacaq, maaşlar da artıb, nəhayət ən azı MDB standartlarına çatdırılacaq, korrupsiya və rüşvət tamamilə ləğv ediləcək, hətta demokratiya da olacaq, həbsdə olan jurnalistlər də azad ediləcək. Amma “Lazım gələndə!” Lazımın nə vaxt gələcəyini isə heç kim bilmir. Hər halda cəmiyyətə bunun dəxli yoxdur. Cəmiyyət çoxdan belə hesab edir ki, artıq vaxtıdır, lazımdır! Amma yuxarılar hələ tələsmirlər...

Amma YAP-ın ilk problemsiz seçki ilə bağlı eyforiyası bir qədər tələsik ovqatdır. Qarşıda hələ iki seçki var. Bunlardan biri bələdiyyə, digəri isə parlament seçkisidir. Düzdür, müxalifət bələdiyyə seçkisinə bir o qədər də maraq göstərmir. Amma parlament seçkisi var qarşıda. Onu beş-altı alternativ namizəd ilə yola vermək çox çətin olacaq. Düzdür, bu da ürəkdən gələn optimizm deyil. Güman ki, YAP bunun da yolunu və çarəsini tapacaq.

Bu vaxta qədər neçə parlament seçkisi olub? Müxalifət bu seçkilərdə ciddi şəkildə nəyəsə nail ola bilibmi? Bəlkə də «əlvida, seçki!» - demək daha düzgün olardı. Növbəti dəfə YAP üçün ən böyük maneə Konstitusiya olacaq. Ya prezidentlik müddətini uzatmalıdırlar, ya iki dəfəlik seçki məhdudiyyətini götürməlidirlər, ya da başqa hansısa orijinal variant fikirləşməlidirlər. Hər halda YAP üçün bu da problem deyil. Bir dəfə Milli Məclisin iclasında deputatlardan biri dedi ki, lazım gəlsə Konstitusiyanı da dəyişərik! Niyə də yox! Artıq bir dəfə dəyişiblər. Təcrübə var.

Nə isə. Qarşıda maraqlı hadisələr çox olacaq. İndi çoxunu Nazirlər Kabinetinin bundan sonrakı tərkibi düşündürür. Axı formal şəkildə olsa da hökumət dəyişməlidir! Amma bunu təsəvvür etmək çətindir. Azərbaycanda hər bir nazir sadəcə nazir deyil, daha böyük qüvvədir. Doğrusu, heç islahatlarla bağlı səs-soraq da yoxdur. Əvvəllər belə soraqlar daha çox ABŞ-dan, Qərbdən gəlirdi. 2003-cü ildə Qərbdə hələ belə ümidlərlə yaşayanlar var idi. Amma ümidlər də tükənir.

İndi Qərb daha çox Azərbaycanın geosiyasi dreyfini izləyir, Rusiyanın onu hara çəkib aparacağını müəyyənləşdirməyə cəhd edir. Beləcə, demokratiya unudulur, unudulur, nə vaxtsa lazım gələcək nəsnələrin siyahısına düşür.
Amma bir məsələ də var ki, neft də qiymətdən düşür. Azərbaycandakı avtoritarizm isə məhz neft amili üzərində qurulub.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG