Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 21:45

İlham Əliyev: «Qarabağ danışıqları yeni formatda keçirilir»


İlham Əliyev 6 noyabr seçkilərində
İlham Əliyev 6 noyabr seçkilərində
Prezident formatdakı dəyişikliyin nədən ibarət olduğunu deməyib

«Danışıqlar prosesi yeni formatda keçirilir, bu isə Azərbaycanın maraqlarına cavab verir». Bunu prezident İlham Əliyev ölkənin şimal-qərb rayonlarına səfərində - Zaqatala rayonunda Qarabağ probleminin həlli yollarından danışarkən deyib. Amma prezident danışıqların formatında konkret hansı dəyişikliyin olduğunu dəqiqləşdirməyib. Hazırda Qarabağ danışıqları Rusiya, Fransa və ABŞ-ı təmsil edən ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə Azərbaycan və Ermənistan tərəfləri arasında keçirilir.

Prezident qeyd edib ki, Azərbaycan öz ərazi bütövlüyünü sülh yolu ilə bərpa etmək istəyir, amma bununla yanaşı, hərbi qüdrətini də artırır.

İlham Əliyev ölkənin şimal-qərb rayonlarına səfərini Balakəndən başlayıb. O, rayonda sakinlərlə görüşündə qeyd edib ki, ölkənin digər bölgələrində olduğu kimi, Balakəndə də işsizlik əsas problemlərdəndir və hökumət bunu aradan qaldırmağa çalışır: «Bu bölgədə əsas sahələrdən biri də turizmdir, belə gözəl yerlər dünyanın heç bir yerində yoxdur. Yerli və əcnəbi sahibkarlar bu fürsətdən istifadə etməlidirlər. Azərbaycana qoyulan sərmayə heç vaxt batmayacaq».

Zaqatalada Olimpiya Kompleksinin açılışında isə prezident bildirib ki, bundan başqa, bu il rayonda yeni aeroportun tikintisinə başlanacaq. O, neftdən əldə edilən gəlirlərin əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılmasına yönəldiləcəyini bildirib. Dövlət başçısı əlavə edib ki, hazırda ölkədə 30-35 yeni manat olan minimum əmək haqqı yaxınlarda 50 yeni manata çatdırılacaq. İki il ərzində yoxsulluq səviyyəsinin 49 –dan 29 faizə düşdüyünü deyən prezident gələcəkdə bu problemin tamamilə aradan qaldırılacağını deyib.


Daha sonra İlham Əliyev Qax rayonunda olub. Aprelin 13-də isə o, Şəkiyə baş çəkəcək.


XS
SM
MD
LG