Rusiya Azərbaycana Kollektiv Təhlükəsizlik Müqaviləsində və müvafiq silahlı qüvvələrin yaradılmasında daha yaxından iştirak etməyi təklif edib. Əslində bu, gözlənilən hadisə idi.
Azərbaycandakı hakimiyyət Rusiya ilə zəruri olandan daha çox yaxınlaşıb. Təbii ki, indiki hakimiyyətə böyük siyasi dəstək verən Rusiya bunun müqabilində növbəti ambisiyalarını irəli sürməli idi. Düzdür, ölkə hakimiyyəti hələ ki bunun mümkün olmadığını iddia edir. Əsas kimi Ermənistanın bu müqavilədə iştirakını və MDB-nin Qarabağ probleminin həllində bu vaxta qədər qeyri-konstruktiv mövqe nümayiş etdirməsi göstərilir.
Buradan belə bir nəticə çıxır ki, əgər Ermənistan olmasaydı, MDB Qarabağ problemi ilə bağlı konstruktiv mövqe tutsaydı, onda Azərbaycan bu müqaviləyə qoşulardı. Maraqlısı budur ki, digər MDB dövlətləri isə birləşmiş silahlı qüvvələrin yaradılmasına bir o qədər də can atmırlar. Azərbaycan isə Rusiyanın ətrafındakı siyasi orbitdə olmaqdan o qədər ehtiyat etmir. Əslində isə bu, dövlət müstəqilliyinin bir az da məhdudlaşdırılması deməkdir.
Qərbdən uzaqlaşmaq, nüfuzlu beynəlxalq təşkilatların ölkədəki vəziyyətlə bağlı iradlarına etinasız yanaşmaq – bütün bunlar gec-tez Rusiyaya yaxınlığa sövq etməli idi. Prezidentin dəyişilmiş Konstitusiya ilə genişlənmiş səlahiyyətləri və möhkəmlənmiş mövqeyi də ona geosiyasi seçimdə yeni imkanlar yaradır.
İndi kim təminat verə bilər ki, sabah Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsinə qoşulmayacaq? Təəssüf ki, belə bir təminat yoxdur....
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.