Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 00:32

Hacı Məmmədovun məhkəməsi iyulun 31-nə qədər təxirə salındı


Hacı Məmmədovun «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qətli ilə bağlı açıqlama verəcəyi gözlənilirdi
Hacı Məmmədovun «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qətli ilə bağlı açıqlama verəcəyi gözlənilirdi

DİN-in Baş Cinayət Axtarışı İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədovun və daha 26 nəfərin məhkəməsi iyulun 31-nə qədər təxirə salındı. İyulun 27-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Əli Seyfəliyev bildirdi ki, ötən iclasda Nailə Quliyevanın istəyi ilə vəkili Cahangir Cavadov onu müdafiə etməkdən imtina edib. Nailə Quliyeva hələ də yeni vəkillə təmin olunmadığı üçün proses davam etdirilə bilməz. Əgər iyulun 31-nə qədər onun qohumları vəkil məsələsini həll etməsələr, onda məhkəmə özü Nailə Quliyevaya vəkil təyin edəcək.


Hacı Məmmədovun iyulun 27-də keçirilən prosesdə «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qətli ilə bağlı açıqlama verəcəyi gözlənilirdi. Bundan əvvəlki ifadəsində o, jurnalistin sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyevin sifarişi ilə onun dəstəsi tərəfindən qətlə yetirildiyi haqda açıqlama verib.


Hacı Məmmədov və daha 26 nəfər bir sıra qətllər və adam oğurluqlarında təqsirləndirilir. Bu dəstə MTN-in 2005-ci ildə keçirdiyi «Qara kəmər» əməliyyatı nəticəsində zərərsizləşdirilib.


XS
SM
MD
LG