«Azərbaycanla oyuna ciddi yanaşırıq». Bunu futbol üzrə İspaniya yığma komandasının baş məşqçisi Visente del Boske iyunun 8-də keçirdiyi mətbuat konfransında dedi. Onun fikrincə, onlar Azərbaycanla oyuna Konfederasiya Kuboku ərəfəsində sınaq kimi baxırlar.
Azərbaycan və İspaniya yığması iyunun 9-u saat 21-də Tofiq Bəhramov adına Respublika stadionunda qarşılaşacaqlar.
(yazı videonun altında davam edir)
Yerli və ispan jurnalistlərin iddiasına görə, Azərbaycan tərəfi bu görüşün baş tutması üçün İspaniya Futbol Federasiyasına 700 min avro verib. Elə mətbuat konfransında da həm yerli, həm də əcnəbi jurnalistləri ən çox maraqlandıran Konfederasiya Kuboku ərəfəsində İspaniya yığmasının məhz Azərbaycanı seçməsinin səbəbləri idi.
Visente del Boske isə dedi ki, görüşün maliyyə tərəfi ilə bağlı ona heç nə bəlli deyil:
- Bizi oyun maraqlandırır. Bilmək istəyirik ki, Konfederasiya Kuboku ərəfəsində hansı gücdəyik. Biz həm bu oyuna, həm də Konfederasiya Kubokuna böyük önəm veririk.
Visente del Boskedən əvvəl isə İspaniya yığma komandasının futbolçuları Xose Reyna, Raul Albiol və Serjio Buskets jurnalistlərin suallarını cavablandırdılar. Hər üç futbolçu da baş məşqçi kimi Azərbaycanla oyunda var gücləri ilə çalışacaqlarını bildirdilər.