İranda keçmiş prezident Əkbər Haşimi Rəfsəncani ölkənin ali dini rəhbəri Ayətullah Xamneyiyə açıq məktub göndərib. Rəfsəncani yenidən seçilmək üçün yarışan indiki prezident Mahmud Əhmədinejadın onun haqqında ittihamlarından şikayətlənib.
Rəfsəncani onu korrupsioner adlandıran Əhmədinejadın iddialarını geri götürməsini tələb edir. Keçmiş prezident həmçinin dövlət televiziyasını ona da efir vaxtı verməyə çağırıb ki, ittihamlara cavab verə bilsin. Amma onun çağırışına cavab verən yoxdur.
Əhmədinejadın ittihamları prezident seçkilərində rəqibi Mir Hüseyn Musəvi ilə iyunun 4-də keçirilən teledebatda səslənmişdi. O, Musəvinin tərəfdarlarını korrupsiyada ittiham edirdi:
«Haşimi Rəfsəncaninin oğlu ölkədə nə işlə məşğuldur? Mənim nazirlərimdən biri onların vaxtında milyarder olub, əmlaklar alıb. Məndə adamların zəbt edilmiş 40 hektar, 50 hektar, 400 hektar torpaq sahələrinin siyahısı var. Səni müdafiə edən adamların bəzilərinin oğlu qanunsuz hərəkətlərlə məşğul olur. Hatex Nuri - parlamentin keçmiş spikerinin oğlu necə milyarder olub? Onun özü necə yaşayır? Bu adamların hamısı sənin müdafiəçilərindir».
Əhmədinejadın bu ittihamlarından qəzəblənən keçmiş prezidentin göndərdiyi məktub ali dini rəhbəri də çətin vəziyyətə salıb. Rəfsəncaninin məktubuna indi cavab verib onu müdafiə etmək Əhmədinejad üçün öldürücü ola bilər. Məktuba cavab verməmək isə, o mənaya gələ bilər ki, Ayətullahın özünün yanında Ekspertlər Şurasına rəhbərlik edən və uzun illərdən bəri «tərəfdaş» olduğu Rəfsəncaniyə qarşı ittihamlarla razıdır.
Tehranda yaşayan siyasi elmlər üzrə professor Sadex Zibakalam «Azadlıq» radiosunun fars xidmətinə müsahibəsində bildirir ki, Rəfsəncaninin məktubu hakim elitada parçalanmadan xəbər verir:
«O, Xamneyiyə xəbərdarlıq edir ki, üstündə əyləşdiyi sistem parçalanır».
Müşahidəçilər bildirirlər ki, Ayətullah Xamneyi iyunun 12-də keçiriləcək seçkinin bu gün başa çatan təbliğat kampaniyası dövründə namizədlərdən hər hansı birini açıq müdafiə etməyib. Amma onun seçki ilə bağlı sözləri indiki prezident Mahmud Əhmədinejadın xeyrinə yozula bilər. Ali dini rəhbər ötən ay bildirib ki, İran xalqı Əhmədinejad qədər populyar və onun kimi sadə həyat tərzi keçirən bir adamı prezident seçməlidir.
Parisdə yaşayan təhlilçi Hüseyn Bastani «Azadlıq» radiosuna bildirib ki, Əhmədinejad öz çıxışları ilə faktiki olaraq bütün keçmiş məmurları özünə qarşı qarşı birləşdirir. Onun fikrincə, Əhmədinejad ali dini rəhbərin dəstəyinə arxayın olduğundan bu məqamı nəzərə almır. Təhlilçi bu arxayınlığın ona baha başa gələ biləcəyini deyir.
Keçmiş prezident Rəfsəncaninin məktubundan az sonra Qum şəhərinin yüksək səviyyəli mollalarından 50 nəfəri iyunun 4-də keçirilən televiziya debatından sonra İranın nüfuzuna zərbə dəyməsindən narahat olduqlarını bildiriblər.
İranda prezident seçkiləri iyunun 12-də olacaq. Bu gün axşamdan seçki üçün təbliğat kampaniyası dayanır.