Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 01:32

«Xərc azalmalıdır ki, qazın qiymətinə baxa bilək»


ARDNŞ prezidenti Rövnəq Abdullayev: ««Bizim məqsədimiz qapı-qapı düşüb qazpulu yığmaq deyil»
ARDNŞ prezidenti Rövnəq Abdullayev: ««Bizim məqsədimiz qapı-qapı düşüb qazpulu yığmaq deyil»
Vətəndaşlara verilən qazın qiymətinə yenidən baxılması üçün yollar araşdırılır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev iyulun 3-də jurnalistlərə açıqlamasında deyib ki, Tarif Şurası qazın qiymətini necə gəldi yox, «Azəriqaz»ın hesabatlarına görə qaldırıb. İqtisadi İnkişaf Nazirliyində qaz təsərrüfatına qoyulan xərclər hesablanıb bu qərar verilib:

«Bu, sadəcə havadan götürülən qiymət deyil. Artıq «Azəriqaz»ın Dövlət Neft Şirkəti ilə birlikdə işləməsi imkan verir ki, paralellik aradan götürülsün. Gərək idarəetmədə müəyyən yeniliklər edək ki, görək xərci nə qədər azalda bilərik. Xərc azalmalıdır ki, biz qazın qiymətinə də baxa bilək».

R.Abdullayev deyir ki, insanların qazdan rahat istifadə edib vaxtında pulunu ödəməsi üçün işlər aparılır. Buna dair proqram olacaq:

«Bizim məqsədimiz qapı-qapı düşüb qazpulu yığmaq deyil. Elə bir şərait yaratmalıyıq ki, insanlar qazdan rahat istifadə etsinlər ki, vaxtında da pulunu ödəsinlər».

R.Abdullayev onu da bildirib ki, ARDNŞ «Azərenerji»yə satılan qazın qiymətini qaldırmaq barədə düşünmür. Çünki bu, birbaşa elektrik enerjisinin qiymətinə təsir edir. Türkiyə ilə qaz danışıqları isə davam etdirilir:

«Bu, böyük bir müqavilədir. Danışıqlar detallar üzrə aparıldığı üçün uzun çəkir».
XS
SM
MD
LG