Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 01:54

«Qazın qiymətini korrupsiya artırır»


Rövşən Ağayev və Oqtay Haqverdiyev
Rövşən Ağayev və Oqtay Haqverdiyev
«Qazın qiymətinin artırılmasının mahiyyətində korrupsiya dayanır».

Bunu «Panorama» verilişində iqtisadçı Rövşən Ağayev dedi. Onun fikrincə, məqsəd əhalinin hesabına daha da varlanmaqdır.

Rövşən Ağayev deyir ki, rəsmilərin qazın qiymətinin artırılmasının səbəbləri ilə bağlı gətirdiyi arqumentlər əsaslı deyil:

«Deyirlər ki, israfçılığın qarşısını alırlar. Əgər qaz istehlakı hökumətin özünün tərtib etdiyi normadan aşağıdırsa, hansı israfçılıqdan söhbət gedir? Qiymət artımını maya dəyəri ilə izah edirlərsə, bu məsələdə də şəffaflıq olmalıdır. Ancaq «Azəriqaz» da, Dövlət Neft Şirkəti də qapalı struktura çevrilib. Bu strukturlar ictimaiyyətin də, beynəlxalq auditorların da üzünə bağlıdır…».

Nazirlər Kabinetinin keçmiş şöbə müdiri Oqtay Haqverdiyev isə qazın qiymətinin artması ilə «Azəriqaz»ın Dövlət Neft Şirkətinə verilməsinin eyni günə təsadüf etməsini müəmmalı proses adlandırır:

«Bilmək olmur nə işdir. Adamın ağlına qəribə fikirlər gəlir. Kim bilir, bəlkə də «Azəriqaz»da o qədər israfçılıq olub ki, indi onu Dövlət Neft Şirkətinin tabeliyinə verirlər. Hər şey orada ört-basdır edilməlidir. Kimdir yoxlayan?».

Oqtay Haqverdiyev deyir ki, «Azəriqaz» rəsmiləri israfçılıqdan danışmaqdansa, itkilərə fikir versinlər:

«Özlərinin deməsinə görə, itkilər yarım milyard kubmetrə yaxındır. Bu qədər itki olar? Əslində itki bir, iki faizdən çox olmamalıdır. Belədə itki 10 faizə çatır. Niyə bu itkini əhalidən çıxarmaq istəyirlər? Deyirlər maya dəyəri yüksəkdir. Açıb desinlər də maya dəyərinə nələr daxildir? Bəlkə onun yarısı aldıqları «Mercedes», tikdirdikləri villalardır?»…

Buna da bax:

XS
SM
MD
LG