Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 03:43

«7 rayon qaytarılmalıdır»


Metyu Brayza
Metyu Brayza
«Ermənistan tərəfi Dağlıq Qarabağ ətrafındakı yeddi rayonu Azərbaycana qaytarmalıdır».

Bunu Ermənistanda səfərdə olan ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza bildirib.

«Beş rayon dərhal, iki rayon isə müəyyən zaman ərzində qaytarılmalıdır. Bu, beş ilədək uzana bilər. Həmçinin münaqişə zonasına beynəlxalq sülhməramlı qüvvələr yerləşdirilməlidir. Onların tərkibini tərəflərin özləri müəyyənləşdirəcəklər. Biz həmsədrlər kimi təklif edirik ki, sülhməramlılar silahlı olmasınlar, yalnız müşahidəçi funksiyasını yerinə yetirsinlər», - deyə Brayza qeyd edib.

M. Brayzanın deyib ki, Qarabağ münaqişəsinin həlli Helsinki Yekun Aktına əsasən həyata keçirilməlidir. Yəni güc tətbiq edilməməli, dövlətin ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyinetmə hüququ təmin olunmalıdır:

«Ola bilər ki, bu prinsiplər bir-birinə ziddir. Amma düşünürük ki, Madrid sənədində qeyd olunmuş bu prinsiplərə əsaslanaraq nailiyyət əldə etmək olar».

Minsk Qrupunun həmsədri deyib ki, Qarabağ əhalisi öz rəhbərini seçəcək. Aralıq dövr üçün regiona verilən müvəqqəti status isə yerli əhalinin keçirdiyi seçkilərə qədər qüvvədə qalacaq və yalnız seçkilərdən sonra bu məsələ tam qətiləşəcək.

Bundan başqa, Ermənistanla Dağlıq Qarabağ arasında dəhlizin saxlanması də nəzərdə tutulub.
XS
SM
MD
LG