Uzunqulaq və Azərbaycan mövzusu gündəlikdən düşmür.
Adnan Hacızadə və Emin Millinin həbsini Azərbaycanda onunla izah edirlər ki, sifətləri ilə kiminsə yumruqlarını əziblər.
Xaricdə isə əmindilər ki, onların «Eşşək Azərbaycanda» videosu siyasi hakimiyyətdə kiminsə ürəyinə yatmayıb. Ona görə cəzalandırılıblar.
Bizim müşahidələrə görə, uzunqulaq görüntüsünün özündə heç bir kriminal yoxdur. Əsas məsələ odur ki, eşşək qulaqlarından uzun danışmasın. Azərbaycandakı bəzi neqativ hallara diqqət çəkib, misli görünməyən iqtisadi və sosial inkişafa göz yummasın.
Məsələn bu eşşək kimi.
«Sevirəm səni, gözəl kəndimiz!..». Son günlər Azərbaycanda bu devizlə «Eurovision-2009» mahnı müsabiqəsinin ikinci mərhələsi keçirilib. «Eurobiabırjın-2009» adlanan müsabiqədə MNT qələbə çalıb. Qapalı təşkilat olduğundan qaliblərin videosunu əldə edə bilmədik. Ona görə ikinci fəxri yerin sahibini sizə təqdim edirik.
Həmişə olduğu kimi, yeni dərs ili ərəfəsində valideynlər dilemma qarşısındadırlar. Sevimli balalarını hansı dildə oxutdursunlar. Rusca ya azərbaycanca. Bizim russkofonları qınayan bəzi «qaynar başlar»a soyuq su çiləmək üçün aşağıdakı videonu təqdim edirik.
Sentyabr ayı gələndə bütün dünya sual edir: insanlar niyə terrorçu olur? İnternetdən tapdığımız bu videoda bəzi qaranlıq məqamlar işıq üzü görür.
Türkiyə Ermənistan yaxınlaşması həm Azərbaycanda, həm də Türkiyədə böyük həssaslıqla qarşılanır. Türkiyə mediasının bəzi redaktorları gərgin vəziyyətdən yaxşıca çıxış yolu tapıblar. Canlı yayımda artıq-əskik danışmamaq üçün xüsusi qurğu icad ediblər.
Bu videoya biz ad qoyduq «Gülə-gülə». Sizin təklifiniz nədir?
Rubrikada istifadə olunan videoların həqiqiliyinə AzadlıqRadiosu təminat vermir. YouTube və digər internet səhifələrindən götürülən bu materiallar illustrasiya məqsədi daşıyır.
HƏMÇİNİN BAX: Baxın, internetdə nə tapmışıq -1