Yeni Azərbaycanlı təzə maşın alır. Bu müasir avtomobil əsasən səslə idarə olunur. Məsələn, radiosuna ucadan deyirsən: «Meyxana!» Namiq Qaraçuxurlunun səsi gəlir. Deyirsən «Muğam!» Alim Qasımov oxuyur və s.
Bu günlərdə maşının sahibi rayona arvadının qohumlarını yoluxmağa gedir. Kürdəmirlə Ucar arasında yola qəflətən qaz çıxır. Onun yanında oturan arvadı qorxusundan qışqırır: «Qaz!». Bu zaman radiodan prezidentin səsi gəlir: «İllərdi qazı Türkiyəyə su qiymətinə satırıq»...
DÜNYANIN ƏN MƏŞHUR OĞRUSU
İnsanın qaz vurub, qazan doldurmaq həvəsi Bakı küləyi kimi təbii hadisədir. Amma təbii hisslərdə də gərək bir məntiq olsun. Əks halda, deyəcəklər «Allah ağıl versin!». Əminəm ki, bu videoya baxandan sonra siz də məhz belə deyəcəksiniz. Amma unutmayın ki, insanlar misli görünməyən ağılsızlıqla da tarixə düşə bilərlər. Bu oğlan kimi...
VİKİNQLƏRİN TARİXİ HAQDA ZARAFAT
Ağıldan kasadlıq kimi, bəzən ağıl bolluğu da adama mane ola bilər. Bəlkə elə buna görə də həddən ziyadə ağıllı adamı sevmirlər. Çünki həyatda o qədər situasiyalar olur ki, dağa-daşa düşən həmin ağıllı başlar uşağa da aydın sadə bir həqiqəti görmürlər.
YANIQ KƏRƏM RƏQSİNİ KİM İCAD EDİB?
Azərbaycan mədəniyyətinə aşıq musiqisi kimi daxil olan Yanıq Kərəmi rəqsə kim çevirib? Müxtəlif versiyalar var. Amma ən inandırıcısı budur: bu rəqs 50 nəfərə bir tualet düşən tələbə yataqxanasında meydana gəlib.
TAPIN GÖRƏK BU ADAM KİMDİR?
Əsl sənət əsərini XALTURADAN fərqləndirən nədir? Xaltura tezliklə yaddan çıxır, sənət əsərləri isə adamı düşündürür. Ədəbiyyat, musiqi, film – fərq etmir. Bu fikir doğrudursa, diqqətinizə təqdim etdiyimiz görüntü bəlkə də video aləminin ən böyük sənət əsəri sayıla bilər. İstəyirsən 1 dəfə bax, istəyirsən 100 – hər dəfə deyəcəksən «Odur, yoxsa o deyil?»