Sentyabrın 11-də Osloda «Eurovision» mahnı müsabiqəsinin keçirilməsi üzrə məsul komitə – Nəzarət Qrupu Azərbaycanda səsvermə ilə bağlı vəziyyəti müzakirə edib. Qərara gəlinib ki, müsabiqənin qaydalarını dəyişsin.
Bu barədə Avropa Yayım Birliyinin (EBU) AzadlıqRadiosuna göndərdiyi bəyanatda deyilir.
EBU bildirib ki, Azərbaycandakı tərəfdaşı İctimai Televiziya (İTV) azad və ədalətli səsvermə ilə bağlı öhdəliyinə sadiq olduğunu bildirib. İTV-nin EBU-ya bildirdiyinə görə, iki nəfər Milli Təhlükəsizlik Nazirliyinə çağırılsa da, nazirlik bilavasitə müsabiqədə səsvermə ilə bağlı heç kimin rəsmi, yaxud qeyri-rəsmi sorğu-sual edilmədiyinə zəmanət verib.
EBU-nun baş direktoru Jan Revillon deyib ki, o, bəyanatları nəzərə alıb. Onu da qeyd edib ki, öz ölkənin mahnısından başqa istənilən nəğməyə səsvermə azadlığı müsabiqənin təməl daşlarından biridir və əlavə edib ki, «səsvermə ilə bağlı anonimlik hüququnun hansısa şəkildə pozulması, yaxud fərdlərin sorğu-suala çəkilməsi tamamilə qəbuledilməzdir».
Avropa Yayım Birliyinin «Eurovision» mahnı müsabiqəsi üzrə məsul komitə - İstinad Komitəsi qərara gəlib ki, səsvermə ilə bağlı anonimliyi poza biləcək, məlumatların hər hansı şəkildə açılmasına görə iştirakçı yayım şirkəti ciddi məsuliyyət daşıyır. Yeni qayda səs verənlərin şəxsi həyatına hörmət olunduğuna təminat verməyə yönəlib. Əgər bu baş verməzsə, EBU qaydanı pozan televiziyaya müvafiq sanksiya qoya bilər.
Əvvəlki qaydalara görə «Eurovision» mahnı müsabiqəsi səsverməni keçirən televiziya şirkətlərinə səsverənlərin şəxsi həyatına hörmət etmək öhdəliyi qoymuşdu.
Bununla belə EBU onlara qarşı sanksiya qoya bilmirdi, bu səbəbdən də qaydalar dəyişdirilib.
Azərbaycan mətbuatında «Eurovision 2009» yarışmasında Ermənistan təmsilçisinə səs verən Azərbaycan vətəndaşlarının MTN-ə çağırılaraq dindirilməsi haqqında xəbərlər gedib.
Bu ilin may ayında keçirilən «Eurovision 2009» mahnı müsabiqəsində iştirak edən erməni müğənnilərə Azərbaycandan 43 nəfər səs göndərib.
Erməni ifaçılara səs göndərmiş Rövşən Nəsirli, Turan Oruclu və adının çəkilməsindən ehtiyat edən digər gənclər Milli Təhlükəsizlik Nazirliyinin müvafiq rayon şöbələrinə çağırılıblar.
Onlardan Rövşən Nəsirli həmçinin dindirilib. R.Nəsirlidən Ermənistan iştirakçısına niyə görə səs göndərmələri ilə bağlı izahat alınıb.
Yarışmada Azərbaycandan Ermənistana 43 səs göndərilsə də, bu, 1 faizlik həddi aşmadığından hesaba alınmayıb.