Adnan Hacızadə ifadəsində onu da deyib ki, hadisədən əvvəl «Vüsal Məmmədovu evimizin qarşısında görmüşəm».
Daha sonra Emin Milli ifadə verib. O bildirib ki, «istintaq həmişə bizə qarşı qərəzli olub».
Bundan sonra hakim prosesə gəlməyən polis əməkdaşlarının ifadələrinin elan olunmasını istəyib. Müdafiə tərəfinin vəkilləri isə buna etirazlarının bildiriblər. Belə olan halda hakim həmin polislərin məhkəməyə gəlmələri üçün onlara bir daha teleqram göndəriləcəyini bildirib.
Bununla da növbəti proses başa çatıb.
Oktyabrın 13-ü saat 3-də məhkəmə davam edəcək.
***
Prokuror Adnan Hacızadəyə suallar verir.
***
Adnan Hacızadə məhkəmədə deyib ki, o özünü pasifist hesab edir və heç vaxt zorakılıq tərəfdarı olmayıb.
O, Vüsal Məmmədovla Babək Hüseynovu heç kimin vurmadığını deyib:
«Onlar 9-cu Polis Bölməsində bizdən xahiş elədilər ki, onları bağışlayaq. Mənim təhsilim, tərbiyəm və əxlaqım imkan vermir ki, kiməsə əl qaldıram».
Adnan Hacızadə deyib ki, tibb eksperti onun burnunu yoxlamayıb.
Ekspertin rəyində Adnan Hacızadənin burnunun sınmadığı və yüngül xəsarət aldığı deyilir.
Adnan Hacızadə: «Mənim qana batmış köynəyim sübut kimi istifadə olunmayıb».
Bu arada müdafiə tərəfi vəsatət verib ki, Vüsalla Babək haqqında verilmiş ekspert rəyi sübut növü kimi qəbul olunmasın. Çünki ekspertizanın rəyi saxtadır.
Hakim vəsatəti baxılmamış saxlayıb.
***
Emin Milli və Adnan Hacızadə 39-cu Polis Bölməsinin qarşısında çəkilən şəkillərini hakimə göstəriblər.
Bundan əvvəlki proseslərdə şahid qismində ifadə verən polis əməkdaşları demişdilər ki, Emin Milli və Adnan Hacızadəni hadisə baş verən gün «Livan» restoranından onlar aparıblar.
Gənclər isə bunun belə olmadığını, 39-cu Polis Bölməsinə özlərinin getdiklərini bildirmişdilər.
***
Məhkəmə başlayandan sonra vəkil Elton Quliyev çıxış edərək tibbi eksperti Məcid Məmmədovun verdiyi rəyin saxta olduğunu bildirib.
Hazırda isə Adnan Hacızadə ifadə verir.
***
Bu gün saat 15-00-da Səbail rayon Məhkəməsində gənc bloqqerlər – Adnan Hacızadə və Emin Millinin işi üzrə proses davam edir.
Vəkil İsaxan Aşurov AzadlıqRadiosuna bildirib ki, bugünkü məhkəmə iclasında təqsirləndirilən şəxslərin ifadəsi dinləniləcək.
Adnan Hacızadə və Emin Mİlli bu il iyulun 8-də «Livan» restoranında baş verən münaqişədən sonra həbs ediliblər.
Onlar xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunurlar. Gənc fəallar ittihamları qəbul etmirlər və həbslərinin sifarişli olduğunu deyirlər.