Hakim Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov dekabrın 17-də jurnalistlərə deyib ki, Azərbaycana seçkiöncəsi ictimai-siyasi durum sabitdir. Üstəlik seçicilərin fəallığı da yetərincədi:
SEÇKİ KAMPANİYASI NİYƏ SÖNÜK KEÇİR?
«İnanıram ki, dekabrın 23-də vətəndaşlar bələdiyyə seçkilərinə uyğun şəkildə fəallıq göstərəcəklər. Bəzi siyasi partiyaların seçkilərdə zəif iştirakına gəlincə, bunu seçki kampaniyasının sönük keçməsi ilə izah etmək doğru deyil. Bu daha çox həmin siyasi partiyaların seçki kampaniyasını fəal keçirmək üçün resurslarının olmaması ilə bağlıdır».
35 saylı Şamaxı Seçki Dairəsindən bələdiyyə üzvlüyünə namizəd Abdulməcid Məcidov isə deyir ki, vətəndaşların seçkiyə inamına böyük zərbə dəyib. Çünki, bir neçə gündür Şamaxıda bələdiyyə seçkilərinin nəticələrinin artıq indidən bəlli olduğu haqda xəbərlər yayılıb:
«Namizədliyimi irəli sürdüyüm bələdiyyə üç kəndi birləşdirir. 9 yerə 24 nəfərin namizədliyi irəli sürülüb. Ancaq rayon rəhbərliyi seçki prosesinə müdaxilə edir. Mən də daxil olmaqla bir neçə namizədə təzyiq göstərib açıq şəkildə bildirirlər ki, namizədliyinizi geri götürün. Bizə deyirlər ki, siz namizədliyinizi irəli sürməklə YAP-ın siyasətinə qarşı çıxırsınız».
«ARTIQ BƏLƏDİYYƏ ÜZVLƏRİ DƏ, BƏLƏDİYYƏ SƏDRLƏRİ DƏ BƏLLİDİR»
Şamaxının Nüydi kənd sakini, YAP-ın yerli şöbəsinin başçısı, Həsən İsgəndərov da bələdiyyə üzvlüyünə namizədliyini eyni dairədən irəli sürüb. Həsən İsgəndərovun sözlərinə görə, namizədliyini irəli sürəndən bir neçə gün sonra Şamaxı İH-nin bir neçə üzvü onu çağıraraq namizədliyini geri götürməyi tələb ediblər:
«Dairə Seçki Komissiyasının sədri də bu işlərə müdaxilə edir. Hər yerə xəbər yayıblar ki, artıq bələdiyyə üzvləri də, bələdiyyə sədrləri də bəllidir. Kənddə kimin nüfuzu varsa, vətəndaşların kimə səs verəcəyindən ehtiyatlanırlarsa, ona namizədliyini geri götürməsi üçün ən müxtəlif üsullarla təzyiq göstərirlər».
Baş verənlərlə bağlı Yeni Azərbaycan Partiyasının rəhbərliyinə müraciət etmisinizmi sualına Həsən İsgəndərov belə cavab verir:
«Mən məsələlərin yerli səviyyədə həll edilməsi üçün çox çalışdım. Ancaq görünür, kimlərsə YAP-ın nüfuzuna ziyan gətirməyi qarşılarına məqsəd qoyublar. Ona görə də məsələ ilə bağlı YAP rəhbərliyinə müraciət ünvanlayacağam».
«Adı çəkilən insanlar kənddə nüfuzları yoxdur. İndidən səs toplamayacaqlarını bildikləri üçün seçkiöncəsi siyasi şou yaratmaqla məşğuldurlar. Ancaq onlar bundan heç nə qazana bilməyəcəklər».
Həm Abdulməcid Məcidov, həm də Həsən İsgəndərov 35 saylı Şamaxı Seçki Dairəsində bələdiyyə seçkiləri ilə bağlı baş verən qanun pozuntuları haqqında artıq MSK-ya müraciət ediblər. MSK-nın mətbuat xidmətinin başçısı Azər Sarıyev isə hər iki faktın dəqiqliklə araşdırılacağını bildirir.
HAKİM KOMANDA İÇƏRİSİNDƏ GƏRGİNLİK
Seçki Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədr müavini Bəşir Süleymanlı isə deyir ki, seçki prosesində YAP içərisində konfliktlər yaranacağı gözlənilən idi:
«Azərbaycanda azad siyasi mübarizə imkanları olmadığından müxalifətin seçki prosesində iştirakı son dərəcə zəif oldu. Aydın məsələdir ki, YAP içərisində də müəyyən qruplaşmalar var ki, onların hər biri öz tərəfdarlarının bələdiyyələrdə daha çox təmsil olunmaısına çalışır. Bələdiyyələr faktiki İH-nin əlavəsi kimi fəaliyyət göstərdiyindən icra başçıları bələdiyyələrdə öz adamlarının, həmin rayonlardan deputatlar öz yaxınlarının, regionlara ümumilikdə nəzarət etmək istəyən oliqarxlar isə öz tərəfdarlarının yerləşdirilməsində maraqlıdır. Bütün bunları hakim komanda içərisində gərginliklərə səbəb olub».
Bəşir Süleymanlının sözlərinə görə, seçki prosesi yaxınlaşdıqca gərginliyin bir qədər də artacağı gözlənilir. Onun sözlərinə görə, Masallı, Binəqədi, Şamaxı bələdiyyəsinə üzvlük uğrunda mübarizənin münaqişə həddinə yüksəlməsi başqa rayonlarda da müşahidə edilə bilər.

Seçki Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədr müavini Bəşir Süleymanlı
Çarhan kənd icra nümayəndəsi İlham Cəfərov isə deyilənlərin doğru olmadığını bildirir:«Adı çəkilən insanlar kənddə nüfuzları yoxdur. İndidən səs toplamayacaqlarını bildikləri üçün seçkiöncəsi siyasi şou yaratmaqla məşğuldurlar. Ancaq onlar bundan heç nə qazana bilməyəcəklər».