Ötən ilin aprel ayında Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) baş vermiş qətliamla bağlı cinayət işinin istintaqı yekunlaşıb. İş materialları Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə göndərilib.
Bu barədə AzadlıqRadiosuna məhkəmədən məlumat verib. Bildirilib ki, cinayət işinin materialları məhkəməyə daxil olsa da, hələlik icraata verilməyib.
İttiham aktına görə, ötən il il aprelin 30-da ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan Gürcüstan vətəndaşı 29 yaşlı Fərda Qədirov tələbə və müəllimlərə «Makarov» tipli tapançadan atəş açıb. Nəticədə 12 nəfər ölüb, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisəni törədən şəxs binanın dəhlizində həmin silahla öz həyatına da son qoyub.
İstintaq orqanı Fərda Qədirovun tanışları Nadir Əliyevi, Ariz Qabulovu, Cavidan Əmirovu və Nəcəf Süleymanovu da həbs edib. Həmin şəxslərin bəziləri cinayətdən əvvəlcədən xəbər tutub bu barədə polisi məlumatlandırmamaqda təqsirləndirilirlər.