Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:32

İranda həbsdən çıxan alim Bakıya gəlib


Rəşid Əliyev
Rəşid Əliyev
Avqustun 11-i axşam İranda həbsdən azad edilən azərbaycanlı alim Rəşid Əliyev bu gün Bakıya gəlib. Heydər Əliyev adına beynəlxalq hava limanında onun jurnalistlərlə görüşməsinə imkan verilməyib.

Rəşid Əliyevin Hüquqlarını Müdafiə Komitəsinin sədri Soltanhəmid Məlikov gözləmə salonunda AzadlıqRadiosunun müxbirinə bildirib ki, onu təyyarədən düşən kimi götürüb aparıblar. Hüquq müdafiəçisi bu məlumatı ona hava limaninin təhlükəsizlik xidmətinin çatdırdığını deyib:

«Dedilər ki, qohumlarının uzun müddət həbsdə olan Rəşid Əliyevin indiki vəziyyətdə kamera qarşısına çıxmasini istəməmələrinə görə belə edilib».

Bakı Dövlət Universitetinin Fizika problemləri Elmi Tədqiqat İnstitutunun «Bioloji sistemlər fizikası» laboratoriyasının aparıcı elmi işçisi Rəşid Əliyev iki il əvvəl İranda həbs edilib.

Rəşid Əliyev İranın «Sazan Electronics İndustry Company» şirkətinin dəvəti ilə, Bakı Dövlət Universitetinin rəhbərliyinin razılığı əsasında bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində Semnan şəhərinə gedib və 2 il adıçəkilən şirkətlə əməkdaşlıq edib.

Alim lazer texnologiyası ilə bağlı məlumatları və elektron sxemləri Azərbaycana göndərməkdə ittiham olunurdu.

İran məhkəməsinin qərarı ilə Rəşid Əliyev 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.

RƏŞİD ƏLİYEVLƏ EKSKLÜZİV MÜSAHİBƏ TEZLİKLƏ SAYTIMIZDA YERLƏŞDİRİLƏCƏK.
XS
SM
MD
LG