2008-ci ildə ABŞ Ermənistana qarşı sanksiyalar tətbiq etməyin ərəfəsində olub. Səbəb isə Ermənistanın İrana silah satması və bu silahların İraqda Amerika əsgərlərini öldürən yaraqlılara ötürülməsidir.
«WikiLeaks»in dərc etdiyi məxfi sənədlərdən birində belə deyilir.
ERMƏNİSTANIN SATDIĞI SİLAHLARLA AMERİKALILARI ÖLDÜRÜRLƏR
2008-ci ilin 24 dekabrına aid olan «Məxfi qrifli» sənəddə yazılır:
«2003-cü ildə İran Ermənistandan raket və avtomat silahlar alıb. 2007-ci ildə İraqda şiə yaraqlılarının törətdiyi iki hücumda bu silahlara rastlanıb. Həmin hücumlarda bir Amerika əsgəri həlak olub, 6-sı da yaralanıb.
Dövlət katibi Rays bu məsələni BMT Baş Assambleyasının toplantısında Ermənistan prezidenti Sarkisyanla müzakirə edib. Amma Sarkisyan İrana silah ötürülməsi faktını təkzib edib.
İRANA SİLAH SATIŞINDA ERMƏNİSTAN RƏSMİLƏRİNİN ƏLİ VAR?
Yüksək rütbəli Ermənistan məmurlarının İrana silah ötürülməsi işində birbaşa iştirakı ABŞ-ı xüsusilə narahat edir. Bu məsələ Ermənistana sanksiyaların tətbiqinə əsas verir. Sanksiyadan qaçmaq üçün Ermənistana lazımi tədbirlər həyata keçirməsini təklif edək. Ümid edirik ki, sanksiya qorxusu Ermənistanı bu məsələdə daha anlaşıqlı davranmağa məcbur edəcək və sanksiyalara ehtiyac olmayacaq».
Sənəddə ABŞ Dövlət katibinin müavini Con Neqropontenin Ermənistan prezidentinə məktubu əlavə edilir.
Məktubda ABŞ rəsmisi sərt ifadələr işlədir və Ermənistan qarşısında şərtlər qoyur:
ABŞ RƏSMİNİN ERMƏNİSTANA SON XƏBƏRDARLIQ MƏKTUBU
«Hörmətli cənab Prezident,
Biz Sizin hökumətinizlə müsbət əməkdaşlığımıza dəyər veririk, Dağlıq Qarabağ münaqişəsinin həlli və Ermənistan-Türkiyə münasibətlərinin normallaşması məsələsində ortaq maraqlarımız var.
Ancaq eyni zamanda, çox ciddi və xüsusən də, ölümcül nəticə verən silah satışı məsələsi bizi təşvişə salır.
Ermənistanın İrana silah ötürməsi və bu silahların İraqda ABŞ hərbçilərinin ölümünə və yaralanmasına səbəb olmasından ciddi narahatıq. Dövlət katibi Rays, köməkçisi Frid, köməkçinin müavini Brayza və səfir Yovanoviç bunu diqqətinizə çatdırıblar. Ölkələrimiz arasındakı yaxın münasibətlərə baxmayaraq, nə Prezident Administrasiyası, nə də ABŞ Konqresi bu məsələnin üstündən sükutla keçə bilməz. Qanuna əsasən, bu silahların ötürülməsinə görə ABŞ sanksiyalar tətbiq etməlidir. Sanksiyalar tətbiq edilsə, ABŞ-ın yardımları dayandırılacaq və ixraca qadağalar qoyulacaq.
Sanksiyalarla üzləşməmək üçün hökumətiniz silah verilməsi faktlarının bir daha təkrarlanmayacağına bizi əmin etməlidir. Biz Ermənistandan yazılı təminat istəyirik.
ABŞ-IN ERMƏNİSTANDAN TƏLƏBLƏRİ
• Ermənistanın Silah İxracı Komissiyasında islahatlar həyata keçirmək, komissiyanı silah ixracına nəzarət edən tamştatlı işçilərdən təşkil etmək;
• Ermənistanın bütün giriş-çıxış nöqtələrində silah istehsalında istifadə edilə biləcək materialları və başqa qaçaqmalı aşkarlamaq üçün peşəkar komandalar yerləşdirmək;
• ABŞ ekspertlərinin istədikləri vaxt həmin komandaların işini yoxlamasına şərait yaratmaq;
• Ermənistanın silah ixracı qanunvericiliyini Avropa Birliyi standartlarına uyğunlaşdırmaq;
• Ermənistandan ixrac edilə biləcək malların siyahısını Vassenaar Razılaşması, Raket Texnologiyaları üzrə Nəzarət Rejimi və başqa beynəlxalq sazişlərə uyğun şəkildə ictimaiyyətə açıqlamaq;
• Ermənistandan hər hansı bir qurumun silah qaçaqmalçılığı işində vasitəçilik etməməsi üçün tədbirlər görmək;
• NATO, Avropa Birliyi və ya Vassenaar Razılaşmasına üzv olmayan ölkələrə ixrac məsələlərini ABŞ-la razılaşdırmaq.
Məktubda daha sonra deyilir ki, ABŞ Yeni ildən dərhal sonra bu məsələləri həll etmək üçün Yerevana nümayəndə heyəti yollayacaq.

WikiLeaks qalmaqalı