Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 04:46

Azərbaycan müxalifətində yenidən birlik çağırışları


Müxalifət liderləri prezident seçkisindən dərhal sonra bir arada, 16 oktyabr 2011
Müxalifət liderləri prezident seçkisindən dərhal sonra bir arada, 16 oktyabr 2011
  • Bunu AzadlıqRadiosunun İşdən sonra proqramında Qarabağ və Respublika uğrunda Hərəkatı yenidən yaranmasını gündəmə gətirən partiyalardan Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib. O əlavə edib ki, əsas ideya ondan ibarətdir ki, Qarabağ və Respublika uğrunda Hərəkatın təsisçilərinin hamısı bu hərəkatın yenidən bərpa olunmasında iştirak etsinlər. Sərdar Cəlaloğlu bildirib ki, buna həm də zərurət var.

  • «Tunis, Misir, Əlcəzair və digər Yaxın Şərq ölkələrinin təcrübəsi göstərir ki, müxalifət inteqrasiya etmədiyi yerlərdə, müxalifət kifayət qədər birlik nümayiş etdirmədiyi yerlərdə xalq hətta hakimiyyəti devirsə, belə yeni hakimiyyətin təşkil edilməsi çox ciddi bir problemdir. Bu isə inqilabi prosesin uzanmasına, son nəticədə daha çox qan axmasına, daha çox dağıdılıcığa, daha çox xalqın öz əleyhinə işləyən proseslərə təkan verir. Biz belə hesab edirik ki, Azərbaycanda real siyasi qüvvələr, müxalif qüvvələr bir arada olmalıdır».

  • Sərdar Cəlaloğlu bildirib ki, bəzi partiya və ya partiya sədrləri arasında şəxsi intriqalar olsa da müxalifət millət naminə bir arada olmalıdır.

  • Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev isə deyib ki, bu hərəkatın yaranması haqda qərar qəbul olunan zaman əsas üstünlük verdikləri tezis ondan ibarət olub ki, səylər ümumiləşdirilməlidir. Və bu ümumiləşdirmə üçün tərəf müqabilləri tapılmalıdır.

  • «Ötən parlament seçkiləri göstərdi ki, müxalifətin parçalanmış vəziyyətdə
  • istənilən prosesə müdaxiləsi nəticəsizliyə gətirib çıxarır. Narazı elektoratı parçalanmağa xidmət edir. Bu baxımdan seçkidən sonrakı situasiya və ümumiyyətlə Yaxın Şərq ölkələrində baş verən bu silsiləvi hadisələr Azərbaycanda da belə bir hadisənin ortaya çıxma ehtimalını yaradır. Təcrübə göstərir ki Azərbaycanın demokratik müxalifəti bir arada olmasa proseslərin stimullaşdırılması və gələcəkdə baş verərsə idarə edilməsi çətinləşə bilər. Hətta bu hadisələr olmasa belə Azərbaycanın özündə hərəkətliliyi təmin etmək üçün, bu hakimiyyəti dəstəkləməyən narazı elektoratı təşkilatlandırmaq üçün müxalifətin əsas qüvvələrinin bir yerdə olması lazımdır»

  • İctimai Palatada nədən təmsil olunmursunuz sualına isə cavabında Sərdar Cəlaloğlu deyib ki, əgər qüvvələr arasında inteqrasiya məsələsi artıq aktuallaşıbsa bütün siyasi partiyalar həm Ictimai Palatada təmsil olunmalıdır, həm də Qarabağ və Respublika uğrunda Hərəkat bərpa olunmalıdır. Bu günə kimi təmsil olunmamalarına gəldikdə isə ADP sədri bu təşkilatın çərçivələrinin dar cızıldığını bildirib. O deyib ki, həmin təşkilat yarananda Rəsulzadə Elçibəy yolunun davamçıları nəzərdə tutulub.

  • VİP sədri Əli Əliyev isə deyib ki, bu İctimai Palatya qoşulmaq niyyətləri olmayıb. Çünki bu qurum emosianallıqdan yaranmış bir təşkilatdır.

  • Azərbaycan Xalq Partiyasının üzvü Pənah Hüseyn isə bildirib ki, Rəsulzadə- Elçibəy yolunda olan təşkilatların birliyi məsələsi İsa Qəmbər tərəfindən işlənib. Bunun qətiyyən Ictimai Palata ilə əlaqəsi yoxdur. O bu təşkilatın özəyini açıqlayıb.

  • «Özəyində bu seçkilərdə iştirak etmiş və bu seçkilərdə hüququ pozulmuş namizədlərin və yaxud namizədliyi qeydə alınmamış şəxslərin özək olmaqla yaratdığı bir vətəndaş hərəkatı idi. Azad ədalətli seçkilərin keçirilməsini təmin etmək və bir sıra başqa demokratik islahatların aparılması üçün bunların bir araya gəlməsindən ibarət idi. bu gün də hər hansı bir siyasi partiya təmsil olunmur ictimai palatada. Orda fərdlər təmsil olunur»

  • Pənah Hüseyn deyib ki, İctimai Palataya siyasi don geyindirilməsi doğru deyil.
XS
SM
MD
LG