İyunun 16-da Sumqayıt Apellyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Gənclər Təşkilatının üzvü, həbsdə olan Cabbar Savalanlının apellyasiya şikayəti üzrə ilkin baxış oldu. Məhkəmə salonunun içərisindəki proseslərdən əvvəl bir qədər məhkəmənin çölündən.
Saat 12-nin yarısı radələrində yalnız Cabbar Savalanlının anası Təravət Əliyeva məhkəmə zalına buraxıldı. O, jurnalistlərin də zala buraxılmasını tələb etdi, tələbi yerinə yetirilmədiyindən bir neçə dəqiqədən sonra məhkəmə binasından çıxdı. Nəzarətçi binanın qarşısına yığışanlara bildirdi ki, məhkəmə salonuna Cabbarın ailə üzvlərindən başqa heç kəs buraxılmayacaq. Təravət Əliyeva yenə etiraz etdi. Dedi ki, jurnalistlər prosesə buraxılmasa, ailə üzvləri də prosesi izləməkdən imtina edəcəklər. Məhkəmə salonuna gedib az sonra geri qayıdan nəzarətçi hamını içəri buraxmalı oldu.
PROKUROR VƏSATƏTLƏRİ ƏSASSIZ HESAB EDİR
Cabbar Savalanlı məhkəməyə gətirilməmişdi. Məhkəmə daxil olan hakim Lətifə Məmmədova prosesdə video və audioçəkilişlər aparılmasına icazə vermədi.
İlkin baxış Cabbar Savalanlının vəkili Anar Qasımovun vəsatətləri ilə başladı:
«Cabbar Savalanlı barədə həbs-qətimkan tədbiri aprelin 4-də başa çatıb, o, azadlığa buraxılmalı olduğu halda qanunsuz həbsdə saxlanılıb. Sonradan məhkəmə onun barəsində hökm çıxararkən əslində müddəti çoxdan başa çatmış həbs qətimkan tədbirini qüvvədə saxlamış olub. Buna görə də Cabbar Savalanlının həbsdə saxlanması qanunsuz hesab edilsin. İkinci vəsatətimiz isə onun qanunsuz həbsdə saxlanması faktı üzrə cinayət işi başlanması ilə bağlıdır. Əgər bu vəsatətlər təmin olunmasa sonrakı mərhələlərdə onun barəsindəki qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə dair də vəsatətlərimiz olacaq».
Hakim Lətifə Məmmədova prokuror Azər Osmanovdan vəsatətə münasibət bildirməsini xahiş etdi. Prokuror:
«Bu iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin hökmü var. Həmin hökmlə Cabbar Savalanlı Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum edilib. İndi də bu hökmün qanuniliyinə, yaxud qeyri-qanuniliyinə görə apelyasiya şikayəti verilib, bu günsə hələlik ilkin baxış mərhələsidir. Məhkəmə baxışında araşdırılacaq, işin mahiyyəti ortaya çıxandan sonra onun təqsirli, ya təqsirsiz olduğu müəyyən ediləcək. İndisə hesab edirəm ki, belə bir vəsatətin verilməsi əsassızdır».
VƏKİL MƏHKƏMƏ İSTİNTAQI TƏLƏB ETSƏ DƏ...
Vəkil Anar Qasımovun üçüncü vəsatəti apellyasiya baxışının məhkəmə istintaqı ilə keçirilməsinə dair oldu:
«Sumqayıt Şəhər Məhkəməsində işə baxılarkən ekspertlərin, şahidlərin və hal şahidləri kimi keçən şəxslərin ifadələrinə düzgün məhkəmə qiyməti verilməyib. Ona görə də, həmin şəxslərin yenidən dindirilməsinə ehtiyac var. Cabbar Savalanlının işində keçən hal şahidlərindən biri Savalanlı tutulan gün və onun barəsindəki hökmdən sonrakı vaxtlarda eyni polis əməkdaşları ilə başqa əməliyyatlarda da hal şahidliyi edib. Həmin əməliyyatlar da narkotiklə bağlı olub. Cabbar Savalanlının hökmündən sonra Sumqayıt şəhər Məhkəməsində vəkil kimi başqa bir prosesə çıxanda həmin hal şahidi ilə o işdə də rastlaşdım. Biz bu qənaətdəyik ki, həmin adamlar polislərə «işləyir». Xahiş edirik bu məsələlər məhkəmə istintaqı ilə dərindən araşdırılsın və qiymət verilsin. Bunun üçlünsə mütləq məhkəmə istintaqı aparılsın və həmin hal şahidləri də dəvət olunaraq təkrar dindirilsin.
Ancaq prokuror vəsatətlərin təmin olunmamasını xahiş etdi. O, apellyasiya baxışının məhkəmə istintaqı ilə aparılmasına gərək olmadığını dedi. Prokurorun bu çıxışı vəkilin etirazına səbəb oldu. O, Cabbar Savalanlının həbsdə qalmasının ölkəyə başucalığı gətirməyəcəyini dedi:
SOSİAL ŞƏBƏKƏ VƏ NARKOTİKA İTTİHAMI
«Sonra da vəkilləri işi siyasiləşdirməkdə ittiham edirlər. Beynəlxalq hüquq müdafiəsi təşkilatları Cabbar Savalanlını «vicdan məhbusu» elan ediblər. «Evrovision»dakı qələbəmizdən sonra xarici mətbuatda yazılan xəbərlərin sonunda ölkənin imicinə mənfi təsir göstərən bir cümlə də yazılır: «Bu ölkədə gənc fəal «Facebook» sosial şəbəkəsindəki fəaliyyətinə görə narkotik ittihamı ilə şərlənərək həbsə atılıb». Biz bunu dünyanın aparıcı qəzetlərinə sifariş verib yazdırmırıq. Bu məsələdə dünya ictimaiyyətinin də reaksiyasını nəzərə almaq lazımdır».
Müşavirəyə gedən hakim Lətifə Məmmədova məhkəmə salonuna qayıdarkən vəsatətlərin təmin olunmadığını söylədi. O, məhkəmə iclasını iyunun 30-u günorta saat 3-ə təyin etdi. Qərara görə, məhkəmə iclaslarında Cabbar savalanlının iştirakı da təmin olunacaq.
Sumqayıt Dövlət Universitetinin tarix fakültəsinin II kurs tələbəsi, AXCP Gənclər Komitəsinin üzvü olan C. Savalanlı bu il fevralın 5-də Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Fevralın 7-də onun barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib və 3 saylı İstintaq Təcridxanasına köçürülüb. O, Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Cabbar Savalanlı ittihamları qəbul etməyib və həbsini siyasi fəaliyyəti ilə bağlayıb. Həbsindən öncə Savalanlı müxalifətin toplantılarında fəal iştirak edib və «Facebook» sosial şəbəkəsində hakimiyyətə dair tənqidi fikirlərini bölüşüb.