Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 16:54

Bəxtiyar Hacıyevin anası saxlanıb


Hacıyevin anası YAP-ın vəsiqəsini H.Əliyevin məzarına qoydu
Gözlə

No media source currently available

0:00 0:00:42 0:00
Direct-ə keçid

Həbsdə olan gənc fəal Bəxtiyar Hacıyevin anası Solidə Mövlayeva YAP-nın üzvülük vəsiqəsini mərhum eks-prezident Heydər Əliyevin qəbrinin üstünə qoyub. O oğlunun həbsinə etiraz olaraq hakim Yeni Azərbaycan Partiyasından çıxdığını bildirib.

Həbsdə olan gənc fəal Bəxtiyar Hacıyevin anası Solidə Mövlayeva YAP-nın üzvülük vəsiqəsini mərhum eks-prezident Heydər Əliyevin qəbrinin üstünə qoyub.

O oğlunun həbsinə etiraz olaraq hakim Yeni Azərbaycan Partiyasından çıxdığını bildirib.

Bundan sonra hadisə yerinə gələn Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları Bəxtiyar Hacıyevin anasını və orada çəkiliş aparan RATİ-nin əməkdaşını saxlayıb. Hadisə yerində olan AzadlıqRadiosunun müxbirinin verdiyi məlumata görə, mühafizə xidmətinin əməkdaşları qeyd ediblər ki, Solidə Mövlayeva və RATİ-nin əməkdaşını bu məsələni aydınlaşdırmaq üçün aparıblar.

Yarım saat dindirildikdən sonra Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşı Bəxtiyar Hacıyevin anası Solidə Mövlayevaya bildirib ki, onun partiya vəsiqəsi YAP-ın icraçı katibi Əli Əhmədova çatdırılacaq. Bundan sonra Solidə Mövlayeva sərbəst buraxılıb.

RATİ-nin Fəxri Xiyabanda kamera ilə çəkdiyi video görüntülər isə silinib.
XS
SM
MD
LG