"Feyziyyə ilə şənbə söhbəti"nin qonağı yazıçı Pərviz Cəbrayıldır.
Pərviz Cəbrayıl Facebook hesabını niyə bağlayıb?
"Ədəbiyyatla ailə günülərdi. Məndə bəlkə də ailə ədəbiyyatın günüsüdür..."
"Bu baxımdan bizim vəziyyətimiz çox faciəvidir, heç nəyə ümid etməyə dəyməz. Nobeldən danışmağa isə heç dəyməz. Sənin bir romanı yazmağa pulun çatmır, vaxtın çatmır, hansı Nobeldən danışmaq olar?..."
- Facebook hesabınızı bağlamısınız...
- Bu aralar vaxtım çox azdı. Hər şeydən az. Bir tərəfdən qəzetə yazı yazmaq, bir tərəfdən redaktə işləri, hələ işdən və növbədənkənar qayğıları demirəm. Kəsəsi, yaşamaq bütün zamanımı alır. Facebook da məni tez bezdirir. O da bir dünyadı, bezirsən, di gəl, əl çəkə bilmirsən. Amma onu da deyim ki, oxucu dostlarım üçün çox, özü də lap çox darıxıram. Elə bilirsən ki, bir şəhərdən ayrılmısan, dostların orda qalıb. Kiminləsə telefonla danışırsan, mesajlaşırsan, amma yenə də Facebookun yerini vermir. Mən onlar üçün necə darıxmaya bilərəm? Axı mən romanımı oxucularla əlli-əlliyə yazıram. Kim tam oxuyur, o özündən də bir “əlli” qoyur, roman tamamlanır. Kim yarıyacan oxuyur, oxuya bildiyi o “əlli” mənimkidi, görünür, onun özündən qoyacağı “əllisi” yoxdu.
- Yəqin Qulu Ağsəsin dediyi kimi səhər bir yerdə olduğunuz dostlarınızla yazışıbsız ki, uzaqlaşmalı olubsunuz?
- (Gülür - F.) Qulu it oynadanın biridir. O, Facebookda yoxdur və sosial şəbəkənin estetikasını anlamır. Kiminləsə səhər görüşdük, lap axşam da görüşə bilərik, burda nə problem var ki? Arvadınla, ərinlə səhər də görüşürsən, axşam da, səhər də öpüşürsən,
axşam da (Gülür - F.). Ordakı söhbətlərin məzmunu da başqadır. Yazışmaqla oturub söhbət etmək ayrı-ayrı effektləri verir. Biz yazı qəhrəmanıyıq, dil yox...
- Mənə demişdiniz roman üzərində işləyirsiniz, sonra deyəsən yarımçıq qaldı.
- Bir müddət qabaq məni “Pen klub”a dəvət etmişdilər, romanı yenicə bitirmişdim onda. “Məryəm surəsi”ni deyirəm. Dostlar bilir, mən romanı ilk variantda yazıb bitirdikdən sonra onu azı beş variantda işləyirəm, manyaklıq olsa belə. Bəlkə həm də buna görə mən ilə bir roman “istehsal” eləyə bilmərəm. Bu dəfə isə ilk variantdan sonra növbəti variantlar üçün məndə impuls olmadı. Oldu da, ancaq tez itdi... Bəlkə də girdabına düşdüyüm çətinliklər üzündən. Ona görə də düşündüm ki, mən bunu yenidən yazmalıyam. İlkin variant atılmayacaq təbii, amma bitkin məhsul kimi ondan imtina etmişəm. İndi sanki tam ayrı bir romanın qeydlərini eləyirəm. Çətinliklərdən qapdığım vaxtlarda isə başımda qaynayan, bişən yenə də elə bu romandı. Elə maraqlı elementlər tapıram ki, özümə ləzzət eləyir. Yəni iş gedir.
- Bəs imtinaya səbəb nəydi?
- Sadəcə, xoşuma gəlmədi. Onu da deyim, yazıçının özü qədər heç kim deyə bilməz ki, onun romanı alınıb, yoxsa yox. Gördüm ki, alınmayıb. Yenidən işləmək üçünsə indi düşdüyüm bir problem imkan vermir. Beynim, ürəyim, vaxtım ancaq o problemlə işğal olunub. Gücüm ancaq qəzetə yazı yazmağa çatır. Arada, düşəndə redaktəyə. Çünki həyat tələb edir ki, biz kimsəyə əl açmadan dolanmalı, yaşamalı, yaşatmalıyıq.
- Romanı beş dəfə işləyəndə onun ruhu, enerjisi, ovqatı bölünüb azalmır ki?
- Belə bir şey ola bilməz, çünki onu yazan, onun üzərində hökm edən yenə də mənəm. Sizin dediklərnizi mən daha çox şeirə aid edərdim. Nəsr dəqiq elmlər kimi bir şeydi. Yəni hansı ovqatda olursan ol, iki ikinin dörd eləyəcək. İki ikinin üç eləyəndə bu, artıq poeziya olur...
- Amma həm də deyilər ki, ən güclü nəsr də poetik nəsrdir. Demək ki, burda söhbət həm də sadaladığım amillərdən gedir.
- Mən yenə də deyirəm ki, roman sırf riyazi dəqiqlik tələb edən sahədir. Ola bilsin ki, ilk variantda güclü səmimiyyət, enerji olsun, amma onların bədii ifadəsində mütləq axsama olacaq. Sən sonra oxucuya izah eləməyəcəksən ki, bilirsən, mən səmimiyyətə görə dərinə getmədim. Pintiliklə oxucunun maraqlarını, zövqünü korlamaq, onun istehlakçı kimliyini aşağılamaq olmaz. Bunu heç nə ilə sığortalamaq mümkün deyil.
Nəşriyyat bir romanı çap etmək istəməsə, bəlkə adam ölənə qədər onu işləyər və bitirə bilməz. Mənim “Yad dildə” romanımın redaktoru Anar Mahmuoğlu idi, amma ondan savayı da başqa səviyyəli dostlarıma oxumağa vermişdim. Qüsurları, yanlışları görüb mənə demələrini istəyirdim. Onlar romanı oxuyana qədər mən artıq başqa variantı hazırlayırdım. Hazır variantı işləyəndə romanın hər cümləsini əzbər bilirəm. Yorulub yatağa uzananda, yol gedəndə birdən deyirəm, bax, filan cümlə belə idi, ancaq belə olmalıdı. Di gəl, soruşsan, bir şeirimi əzbər deyə bilmərəm. Dostlarım məni qınamağa başladı ki, axı bunu nə qədər işləyəcəksən? Sanki dayanmadan yeni nələrsə gəlir. Elə bir axın ki, qarşısında dayanmaq belə zor olur. Necə ki, binanın yarımçıq qalan yerini tapıb düzəldirsən, orda bir cızıq qalıb, burda bir cızıq. Yox, qoy bunu da düzəldim, onu da. Axı binanın da bütün cızıqlarını tapıb düzəltmək olmur. Ölənə qədər düzəldəcəksən. Poetik nəsr məsələsinə qalanda isə, nəsrin poetikliyi onun riyaziyyatındadı. Həyatın poetikliyində olduğu kimi. Yaradıcı adam Yaradanı yamsılamırmı?
- “Yad dildə”dən söz düşmüşkən, Rasim Qaraca bizim rubrikaya müsahibəsində demişdi ki, o romanı tam oxuya bilməyib. Müəyyən mütaliəsi olan müxtəlif insanların bu roman haqqındakı fikir müxtəlifliyi nədən irəli gəlir? Zövq, yoxsa şəxsi müstəvidən boylanmalardan?
- Bunun səbəbi zövq də ola bilər, qərəz də. Adamına görə dəyişir. Bunların hər biri insanda var. Kimin nə deməsi önəmli deyil. Ümumiyyətlə ədəbi camiada bu “tam oxuya bilmədim” ən güclü psixoloji silah sayılır. Ancaq bundan daha dəhşətli silah var: “Bir abzasdan o yana oxuyammadım...” Eyni məntiqlə mən deyə bilərəm ki, Feyziyyə, mən sənin bir şeirinin iki misrasından o yana oxuya bilmədim. Bu sənin üçün heç nə deməkdir. Çünki başqa bir sanballı oxucun deyir ki, sağ ol, kitabını üç dəfə oxumuşam. Rasimə qalanda isə o əsil qəhrəmandı ki, yarıyacan oxuyub. Mən özüm romanımdan heç bir cümlə də oxumamışam. Səbəblər çoxdu bu baxışlarda. Kimi önyarqılıdı, kitabın üzünü açmamış artıq mətnin necə olacağına hökm verə bilir, kiminin zövqü ayrıdı... Mən isə zövqümcə olmayan romanları da oxuya bilirəm, “əla” qiymət də verə bilirəm, ama həm də bilirəm ki, bu mənlik roman deyil. Yəni zövq fərqi mənə o romana obyektiv qiymət verməyə mane olmur. Kəsəsi, ən düzünü Füzuli deyib: “Kim nə miqdar olsa, eylər əhlin ol miqdar söz”. Hər kəsin ekzistensiyası onun sözünün altında gizlənib. Eyni səviyyənin adamlarının bir hissəsi yarıyacan oxuya bildim deyir, bir hissəsi 3 dəfə doya-doya oxudum. Nə bilim... Bir də Rasim mənim kitabımı bəlkə heç ümumiyyətlə oxumayıb. Maraqlı orasıdı ki, Rasim qağa vaxtilə “Yad dildə”dən 100 dəfə qəliz olan “Öləngi”mi oxuyub, “nəslimizin romanı” adlandırmışdı.
- Bəs siz Rasimin hansı yazısını oxuya bilmisiniz?
- Gəncliyində yaxşı ikilikər yazırdı. Ondan sonra Rasimdən dişədəyən elə bir şey görməmişəm. Bəlkə görməyə imkanım olmayıb. O, yaxşı təşkilatçıdır. Bir qurum yaratsın, özünü oda-közə vursun. Bəzən qarşısına məqsəd qoyanda müxalifətçi də ola bilir.
- O, “Nobel” mükafatçısı yetişdirə biləcəyini demişdi. Əgər yaxşı təşkilatçı olduğunu təsdiqləyirsinizsə, demək bunu da bacararmı?
- O, mənasız söhbətdir. Rasimə yaraşdırmazdım bunu. Yetişdirmək nə deməkdi?
Nobel mükafatçısını yetişdirmək olur? Hərə özü-özünü yetişdirir. Elədirsə, Rasim özünü yetişdirsin də. Dilənçi səndən sədəqə alanda min cür dua edir ki, allah sənə nələrisə yetirsin. Adama deyərlər, belə dua edənsən özünə elə, günə çıx.
- Ailədə qısqanclıq olmur ki, ədəbiyyata çox vaxt ayırmağınıza. Məncə, bu sahə istər-istəməz ailə qayğılarına zaman ayırmağa məhdudiyyətlər yaradır. Narazılıq olmur ki?
- Bir qədər diktatcasına səslənsə də, deyim ki, mənim ədəbiyyatla məşğul olmağıma heç kim mane ola bilməz. Ancaq o da faktdı ki, ədəbiyyatla ailə günülərdi. (Gülür-F). Məndə bəlkə də ailə ədəbiyyatın günüsüdür, çünki ailədən əvvəl ədəbiyyat vardı. Ailə ədəbiyyatın üstünə gəlib, ədəbiyyat onun üstünə yox ki.
- Günü varsa demək ki, mütləq münaqişə var.
- İslamda çoxarvadlılığa yasaq yoxdu, ancaq belə bir şey var - bir neçə qadınla o zaman evlənə bilərsən ki, onların hər birini eyni dərəcədə sevə və yaşada biləsən. Bu, çox ağır şərtdir. Burda deyirlər də, “iki sevda çəkənlərin cəzası var, ay aman...” (Gülür - F.)
- AYB-də bir işinizin olmasını istərdinizmi? Məsələn, jurnal redaktoru...
- Mən vəzifəcə elə redaktoram da. Ümumiyyətlə, işləmək istəməzdim. İstərdim sirf yazıçı olum. Peşəkar. Yazımı yazım, o yazının pulu ilə dolanım. Halbuki Azərbaycanda peşəkarlığa yol görünmür. Şairlər üçün bir az asandır. Avtobusda, kütlə arasında da bir şeir yazmaq olar. Amma içi mənqarışıq hardasa işləmək məcburiyyətində qalan Azərbaycan yazıçısının peşəkar olmaq şansları hələ ki üfüqdə belə görünmür. Çünki biz hardasa işləməli, pul qazanıb ailəmizi dolandırmalı, vaxtdan-vaxta, imkandan-imkana arada bir roman yazmağa gücümüz çatmalıdı. Bu baxımdan bizim vəziyyətimiz çox faciəvidir, heç nəyə ümid etməyə dəyməz. Nobeldən danışmağa isə heç dəyməz. Sənin bir romanı yazmağa pulun çatmır, vaxtın çatmır, hansı Nobeldən danışmaq olar? Nobel peşəkarların mükafatıdı. Bəlkə də bütün ömrünün enerjisini sərf edib, bir dənə elə - Nobellik roman yazmaq olar. Bəs kitabını kim Avropaya çıxardacaq, kim təbliğ edəcək? Kim çevirəcək? Həm də bir kitaba görə adama Nobel vermirlər, sənin bütün yaradıcılığın dayanmalıdır onun arxasında. Buna görə də bizim ədəbiyyatın yaxın gələcəyi çox ümidsizdir, biz hələ “Öləngi”də təsvir elədiyim kimi qaranlıq tuneldə gedirik.
- Lap həvəsdən düşdüm. Onsuz da az qala ilə bir şeir yazıram, mənim üçün elə də qorxulu deyil, amma gəncləri ruhdan sala biləcək fikirlər səsləndirdiniz. Böyük ümüdləri var. Gərək müsahibənin yuxarısından yazım ki, gənc yazarlar oxumasın...
- (Gülür - F.) Mən bunu ilk dəfə burda dilə gətirdim. İnsanın böyüklüyü öləcəyini
bilə-bilə yaşamasındadı. Biz Azərbaycan yazıçılarının nəsibinə də o düşüb ki, heç nə olmayacağını bilə-bilə yazsın. Bu məntiqlə yanaşanda bizim yazıçıların hamısı qəhrəmandı. İçində ədəbiyyat yanğısı olan hər biri.
- Qulu Ağsəs sizə sual verib ki, "Niyə cümlələr daha çox açıq hecayla qapanır?"
- Qulu da sual tapıb verməyə (Gülür - F.). Əvvala, cümlə hecayla bitmir. Heca sözlərə aiddir, sözlər açıq və qapalı hecayla bitir. O da iki yerə ayrılır - tam açıq heca, açıq heca. Soruşmaq lazımdır ki, Qulu müəllim bunların hansını nəzərdə tutub? Həm də, deyəsən onun sualının son sözünün özü bağlı hecayla bitib.
- Növbəti qonağımız Abbas Abdulladır. Rubrukamızın qaydasına əsasən ona sual ünvanlamalısınız.
- Abbas bəy mənim oxucularımın qulağına nə pıçıldamaq istərdi?
FEYZİYYƏ
Həmçinin oxu
Qulu Ağsəs: "AYB-də yaşı altmışı keçmiş adamlar var, onlar getməlidir"
Günel Mövlud: "Qadınlarla rəfiqəlik etmirəm"
Rasim Qaraca: "Böyük yazarlar ciddi mühitdə yetişir"
Musa Yaqub: "Istərdim yeni sədr daha işgüzar olsun"
Əli Əkbər: Azərbaycanda ən çox satılan mənim və Seymur Baycanın kitablarıdır
Əjdər Ol: "Nizamini oxuyanda adamın gülməyi gəlir..."
Vaqif Bayatlı Odər: "Heydər Əliyev tapşırmışdı ki, mənə toxunmasınlar"
İradə Tuncay: "Təhsil sistemindəki qadınlar millətin evini yıxırlar"
Rafiq Tağı: "Mən Allaha bütün ayətullahlardan daha yaxınam"
Şərif Ağayar: "İnsanlar o torpaqlara qayıtmağa mənəvi cəhətdən hazır deyillər"
Həmid Herisçi: "AYO postmodernizmdə çox ilişib qaldı"
XANƏMİR:"İnsanı hər addımda aşağılayan bir cəmiyyətdə yaşayırıq"
Salam Sarvan: "Şairin oxucu və ya kamera qarşısında artistliyi utanc gətirən şeydi"