Dekabrın 1-də Azad Gənclik Təşkilatının üzvləri gediş haqqının artırılmasına etiraz olaraq metronun «Elmlər Akademiyası» stansiyasının girişində səssiz aksiya keçiriblər.
Gənclər əllərində «Tağı Əhmədov üçün dilənirəm», «Tələbəyəm, metroya minmək istəyirəm, 5 qəpik çatmır» şüarları tutublar.
Polis iki aksiyaçını saxlayıb. Onlara Yasamal rayon Polis İdarəsində xəbərdarlıq edib buraxıblar.
Dekabrın 1-dən Bakı metrosunda gediş haqqı 20 qəpik olub. Gediş haqqının 15 qəpikdən 20 qəpiyə qaldırılması haqda qərarı Tarif (qiymət) Şurası noyabrın 28-də çıxarıb.